Üzgüçülük: Artyom yarımfinalda 13-cü oldu – YENİLƏNİR
Bizi izləyin

Bakı 2015

Üzgüçülük: Artyom yarımfinalda 13-cü oldu – YENİLƏNİR

Üzgüçülük yarışlarında Azərbaycanı təmsil edən 9 idmançıdan 8-i bu gün fərdi yarışlarda çıxış edib. Onlardan 7-si mübarizəni ilkin mərhələdə dayandırıb. Artyom Yeltyakov yarımfinala yüksəlib. Yarımfinalda təmsilçimiz məsafəni daha tez qət etsə də, finişə çatan 15 idmançı arasında 13-cü olub. Bu da ona həlledici mərhələdə çıxış edəcək “8-liy”ə düşməyə imkan verməyib.

Bundan başqa, estafetdə çıxış edən yığmamız da finala vəsiqə əldə edə bilməyib.

13:51

Kişilərin 4x100 m məsafəyə sərbəst ötürmə üzrə yarışının ilkin mərhələsi yekunlaşıb. Final mərhələsinə Polşa, Böyük Britaniya, Rusiya, Ukrayna, İtaliya, Almaniya, Belçika və Xorvatiya komandaları çıxa bilib. Azərbaycan komandası isə 14-cü yeri tutub.

Final mərhələsi 19.45-də başlayacaq.

13:02

Üzgüçülük yarışlarında Azərbaycanı təmsil edən 9 idmançıdan 8-i bu gün çıxış edir. Onlardan 6-sı mübarizəni dayandırıbsa, Artyom Yeltyakov yarımfinala yüksəlib. Bu mərhələ saat 17:52-də başlayacaq.

11:44

I Avropa Oyunlarında çıxış edən Azərbaycanın 3 üzgüçüsü mübarizəni dayandırıb. Onlardan ikisi kişi, biri isə qadındır.

Qadınlar arasında 100 metr məsafəyə sərbəst üzmədə Anna Mançenkova uğursuz çıxış edib. O, məsafəni 1 dəqiqə 03.15 saniyəyə başa vurub. Nəticədə A.Mançenkova 64 iştirakçı arasında 63-cü pillədə qərarlaşıb və yarımfinala yüksələ bilməyib.

Kişilər arasında 50 metr məsafəyə kəpənək yarışında isə Kamran Cəfərov və Murat Ayxan iştirak edib. K.Cəfərov təyin olunmuş məsafəni 27.17 saniyə, M.Ayxan isə 28.75 saniyəyə başa vurub. Hər iki idmançı 61 iştirakçı arasında müvafiq olaraq sonuncu iki pilləni bölüşüb.

10:14

Bakı 2015 I Avropa Oyunlarında üzgüçülük yarışına start verilib.

Publika.az xəbər verir ki, Azərbaycan bu idman növündə 8 idmançı ilə təmsil olunur.

Üzgüçülük yarışı 5 gün davam edəcək. Ümumilikdə qaliblər üçün 42 medal dəsti hazırlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm