“Neftçi” A seriyasından futbolçu transfer etdi
Bizi izləyin

Bakı 2015

“Neftçi” A seriyasından futbolçu transfer etdi

“Neftçi” yeni mövsüm üçün heyətini gücləndirmək məqsədilə 2 transfer edib.

Publika.az klubun rəsmi saytına istinadən xəbər verir ki, son mövsümü "Sumqayıt"da keçirən Məhəmməd Qurbanov və braziliyalı futbolçu Aylton Fereyra Silva heyətə cəlb edilib.

Milli komandanın üzvü M.Qurbanov növbəti 2 ildə "Neftçi"nin uğurları üçün çalışacaq. Futbolçu 14 nömrəli formanı geyinəcək. Klub karyerasına Rusiyada başlamış Qurbanov "Rostov" və "Taqanroq" komandalarının formasını geyinib. Ötən mövsüm isə futbolçu "Sumqayıt" klubunun heyətində meydana çıxıb.

Braziliya A seriyasında mübarizə aparan "Fluminense" klubunda oynamış 20 yaşlı Aylton Silva isə 1 il müddətinə icarəyə götürülüb. Sabahdan etibarən "Neftçi" ilə məşqlərə qatılacaq Aylton 6 nömrəli formanı geyinəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm