Bakı-2015: Kəmaləddin Heydərov boks yarışlarını izlədi – FOTOLAR – YENİLƏNİR
Bizi izləyin

Bakı 2015

Bakı-2015: Kəmaləddin Heydərov boks yarışlarını izlədi – FOTOLAR – YENİLƏNİR

91 kq çəki dərəcəsində Abdulqadir Abdullayev fransız Pol Bionqolo Omba ilə görüşdə inamlı qələbə qazandı 3-0.

Qeyd edək ki, dünən keçirilən 1/4 final qarşılaşmasında 4 boksçumuz növbəti mərhələyə yüksəlmişdi. Bu gün isə daha 5 boksçumuz növbəti mərhələyə yüksəlməklə bürünc medalı təmin edib.

Boks Federasiyasının Prezidenti Kəmaləddin Heydərov da yarışları izləyib.

X X X

69 kq çəki dərəcəsində Pərviz Bağırov 1/4 finalda almaniyalı Abass Barau ilə qarşılaşdı və rəqibini 3-0 məğlub etdi. Bağırov 1/2 finalda yarışacaq.

20:38

64 kq çəki dərəcəsində təmsilçimiz Lorenzo Sotomayor 1/4 finalda rumın Daniel Nikuleskunu 3-0 məğlub edərək növbəti mərhələyə yüksəldi.

19:39

64 kq çəki dərəcəsində boksçumuz Yelena Vıstropova britaniyalı Rayan Sandi ilə qarşılaşıb. Görüş təmsilçimizin 2-1 hesablı məğlubiyyəti ilə başa çatıb.

18:39

60 kq çəki dərəcəsində boksçumuz Albert Səlimov bolqarıstanlı Dmitri Elian ilə qarşılaşıb. görüş idmançımızın qələbəsiylə başa çatıb - 3:0

Qeyd edək ki, bu görüşü Azərbaycan Boks Federasiyasının Prezidenti Kəmaləddin Heydərov canlı izləyib.

14:01

54 kiloqramda mübarizə aparan Anna Əlimərdanova bolqarıstanlı dünya çempionu Stanimira Petrova ilə qarşılaşıb. İlk iki raund həmyerlimizin üstünlüyü ilə keçib. Üçüncü raundda bolqar boksçu daha yaxşı təsir bağışlayıb. Amma yekunda 3:0 qalib gələn Anna yarımfinala yüksəlib. İdmançımız yarımfinala yüksəlməklə ən azı bürünc medalı özünə təmin edən 5-ci boksçumuz olub.

12:24

Birinci Avropa Oyunlarında boks yarışlarının 1/4 final mərhələsi davam edir.

Publika.az xəbər verir ki, bu gün daha 8 çəki dərəcəsində yarımfinalçılar müəyyən olunacaq.

4-ü kişi və 2-si qadın olmaqla 6 idmançımız adını yarımfinala yazdırmağa çalışacaq.

60 kq çəki dərəcəsində Albert Səlimov saat 14:00-da bolqarıstanlı Dmitri Elian ilə döyüşəcək.

Ölkəmizi 64 kiloqram çəkidə təmsil edən Kuba əsilli idmançımız Lorenzo Sotomayor Rumıniya təmsilçisi Daniel Nikulesku ilə qarşılaşacaq. Döyüş saat 20:15-də başlayacaq.

Pərviz Bağırov (69 kq) almaniyalı Abass Barauddan üstün olmağa çalışacaq. Qarşılaşma saat 21:15-də başlayacaq.

Digər təmsilçimiz Abdulqadir Abdullayev (91 kq) isə fransız Pol Bionqolo Ombanı məğlub etməyə çalışacaq. Bu döyüş saat 21:30-da start götürəcək.

Qadınlar arasında isə bu gün 54 kiloqramda mübarizə aparan Anna Əlimərdanova bolqarıstanlı dünya çempionu Stanimira Petrova ilə döyüşəcək. Avropa Oyunlarında ilk döyüşünü keçirəcək idmançıların görüşü 12:45-də başlayacaq.

Ölkəmizi 64 kiloqramda təmsil edən Avropa çempionu Yelena Vıstropova Böyük Britaniya idmançısı Rayan Sandidən güclü olmağa çalışacaq. Döyüş saat 19:15-də başlayacaq.

Qeyd edək ki, artıq 4 boksçumuz yarımfinala vəsiqə qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm