Birinci Avropa Oyunları çərçivəsində Bakıda Martin MakDonax günləri...
Bizi izləyin

Bakı 2015

Birinci Avropa Oyunları çərçivəsində Bakıda Martin MakDonax günləri...

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı birinci Avropa Oyunları çərçivəsində repertuarında olan ən maraqlı Azərbaycan və dünya dramaturgiya nümunələrini şəhərimizin qonaqlarına, eləcə də yerli tamaşaçılarına təqdim etməkdə davam edir.

Belə səhnə əsərlərindən biri də Oskar mükafatçısı, dünya şöhrətli yazar Martin MakDonaxın “Lineynin Trilogiyası”na daxil olan “Gözəllik kraliçası”, “Konnemarada bir kəllə” və “Yalqız Qərb” tamaşalarıdır. Artıq teatrın yaradıcı kollektivi iyunun 22-dən bu tamaşaların nümayişinə başlayıb.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Gənc Tamaşaçılar Teatrı və “British Council Azərbaycan” nümayəndəliyinin birgə layihəsi çərçivəsində hazırlanmış tamaşaların quruluşçu rejissoru Böyük Britaniyadan dəvət olunmuş teatr rejissoru Yan Uilem Van Den Boş, quruluşçu rəssamı Liza Kuk, işıq üzrə rəssamı Maykl Manyon (Böyük Britaniya), rejissorları Ayla Osmanova, Sərvər Əliyev, Gülnar Hacıyevadır. Əcnəbi və yerli tamaşaçıların alqışları ilə müşayiət olunan tamaşalarda əməkdar artistlər Naibə Allahverdiyeva, Şəfəq Əliyeva, Qurban İsmayılov, Elşən Rüstəmov, aktyorlar Asya Atakişiyeva, Vüqar Məmmədəliyev, Rasim Cəfərov və başqaları iştirak edirlər.

Martin MakDonaxın əsərləri əsasında hazırlanan tamaşalar iyunun 24-də də teatrsevərlərə təqdim olunacaq.

Qeyd edək ki, Gənc Tamaşaçılar Teatrında birinci Avropa Oyunları ilə bağlı xarici qonaqlar üçün nəzərdə tutulmuş tamaşaların nümayişi iyunun 29-dək davam edəcək.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm