İlk Avropa Oyunları xarici mediada – “İsti Bakı: 2015-ci il, qadın idman voleybolu” – FOTOLAR
Bizi izləyin

Bakı 2015

İlk Avropa Oyunları xarici mediada – “İsti Bakı: 2015-ci il, qadın idman voleybolu” – FOTOLAR

Bakıda keçirilən Avropa Oyunları sona yaxınlaşdıqca xarici mətbuatın ilk qitə yarışmasına diqqəti də artır.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, bu ölkənin məşhur “sportstories.rsport.ru” idman saytı Bakı 2015-in oyunlarına geniş yer verir. Sayt ilk qitə Oyunları haqda növbəti fotosessiyasını “İsti Bakı: 2015-ci il Avropa Oyunlarının qadın idman voleybolu” başlığı ilə oxucularına təqdim edib.

Fotolarda Yuliya Abalakinanın (Rusiya) Avstriya ilə oyunda, Viktoriya Kolberqin (Norveç) Rusiya ilə oyunda Yekaterina Sırçevanın (Rusiya) və Yann Konqsxavnın (Norveç), Rimke Brakmanın (Hollandiya yığması), Yaqoda Qruşçinskayanın (Polşa), Kseniya Dabajanın və Kseniya Dabijanın (Rusiya), Nikol Ayxolçerin və Nina Betşartın (İsveçrə), Lena Mariya Plezyutşniqin və Katarina Şyutçenxoferin (Avstriya) qələbə uğrunda gərgin mübarizələri və qadın voleybolunun digər maraqlı anları yer alıb.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm