FİFA: I Avropa Oyunları çimərlik futbolu üçün fantastik imkandır
Bizi izləyin

Bakı 2015

FİFA: I Avropa Oyunları çimərlik futbolu üçün fantastik imkandır

“Çimərlik futbolunun inkişafı və onun Olimpiya proqramına daxil edilməsinə yaxınlaşması baxımından I Avropa Oyunları fantastik imkandır”.

Publika.az xəbər verir ki, bunu Bakıda mətbuat konfransında FIFA-nın çimərlik futbolu üzrə komitəsinin rəhbəri Coan Kusko deyib.

Onun sözlərinə görə, I Avropa Oyunlarının çimərlik futbolu yarışlarında Avropanın ən yaxşı oyunçuları təmsil olunur:

"I Avropa Oyunlarında çimərlik futbolunun olması bu idman növündə bacardığımız ən yaxşı nəticədir. Biz azarkeşlərdə, oyunçularda, komandalarda, mətbuat orqanlarında və sponsorlarda maraq oyatmaq istəyirik".

C.Kusko Bakıda çimərlik futbolu üçün yaradılmış bütün obyektlərə heyran qaldığını bildirib:

"Stadion çox yaxşıdır. Bu, bizim indiyə qədər oynadığımız ən yaxşı stadiondur".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm