Gümüş medalçı: "Təəssüf ki, yarımfinalda topuğumdan zədə aldım"
Bizi izləyin

Bakı 2015

Gümüş medalçı: "Təəssüf ki, yarımfinalda topuğumdan zədə aldım"

"Bu yarışa çox ciddi hazırlaşırdıq. Təəssüflər olsun ki, yarımfinalda topuğumdan zədə aldım və ayağımı gipsə saldılar".

Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı 2015 I Avropa Oyunlarında sambo yarışında Azərbaycana gümüş medal qazandıran Amil Qasımov deyib.

74 kq çəkidə gedən mübarizənin sonunda belaruslu Stepan Popova məğlub olan (0:4) A.Qasımov buna zədənin səbəb olduğunu bildirib. O, final görüşündə zədəsini gizlətmək istədiyini, lakin rəqibin bunu görüb ayağına hücum etdiyini söyləyib:

"Döyüş zamanı rəqibə ağır fənd işlətməyə imkan verməməyə çalışırdım. Zədəmin tezliklə sağalacağına ümid edirəm".

A.Qasımov yarışın sonunda belarus idmançının çiynində getməsini bu cür izah edib: "O, ayağımın zədəli olduğunu bilib hücum edirdi. Sonda da təşəkkür olaraq, belə bir jest etdi".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm