Avropa Oyunlarıyla bağlı film çəkilir
Bizi izləyin

Bakı 2015

Avropa Oyunlarıyla bağlı film çəkilir

“Bakı-Avropa Oyunları 2015” adlı tammetrajlı sənədli film çəkilir.

Bu barədə Publika.az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Məlumata görə, sənədli film 12-28 iyun 2015-ci il tarixində Bakıda keçirilən I Avropa Oyunları haqqında Rusiya kinematoqrafçılarının iştirakı ilə çəkilir.

Ölkəmizdə yüksək səviyyədə təşkil olunan ilk Avropa Oyunları ilə yanaşı, filmdə Azərbaycanda qədim tarixi ənənələrə malik olan milli idman növlərinin yaranma tarixindən, inkişafından, xalqımızın həyat və məişətindəki mühüm yerindən də bəhs ediləcək.

Mədəniyyət və Turizm Nazirliyinin “Dublyaj” studiyasında dövlət sifarişi ilə çəkilən filmin ssenari müəllifi Sergey Şaçin və rejissoru Natalya Zavoznenko idman kinosu mövzusunda bir neçə beynəlxalq layihələrin müəllifləridirlər. Filmin operatorları Asif Qəhrəmanov, Allahverdi Şahqulubəyov, İvan Germanov, Aleksandr Koçubeydir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm