Polşadan xilaskar könüllüyə TƏŞƏKKÜR
Bizi izləyin

Bakı 2015

Polşadan xilaskar könüllüyə TƏŞƏKKÜR

Polşa Gimnastika İttifaqının prezidenti Barbara Stanislavişin Bakı 2015 I Avropa Oyunlarının könüllüsü Elçin Əlibəyliyə təşəkkür edib.

Publika.az xəbər verir ki, bunu Polşa Milli Olimpiya Komitəsinin mətbuat katibi Henrik Urbaş bildirib. Qurumun rəhbəri vurğulayıb ki, polşalı gimnast Bartolomey Geşi yarışda tullandıqdan sonra yerə düşən zaman Elçin Əlibəylinin tutması faciənin qarşısını alıb.

Qeyd edək ki, iyunun 21-də sinxron tullanma yarışında polşalı idmançı tarazlığı itirərək, batutdan kənara düşəndə onu havada azərbaycanlı Elçin Əlibəyli tutub. Bununla da Bartolomey Geş ciddi xəsarətlərdən qurtulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm