Bakıdakı şokolad tablo Ginnesin Rekord kitabına düşə bilər
Bizi izləyin

Bakı 2015

Bakıdakı şokolad tablo Ginnesin Rekord kitabına düşə bilər

“Bakı 2015” birinci Avropa Oyunlarına həsr edilən, çəkisi 215 kiloqram olan dünyada ən böyük şokolad tablosu Ginnesin Rekordlar siyahısına düşə bilər.

Bu barədə bu günə kimi 15 min insanın ziyarət etdiyi şokolad sərgisinin təşkilatçısı Andrey Leyn məlumat verib. Təşkilatçılar dünyanın ən böyük şokolad tablosu haqda Ginnesin Rekordlar kitabına müraciət ediblər.

Qeyd edək ki, hazırda böyük şüşə vitrinlərlə mühafizə olunan tablonun təqdimatı mayın 15-də Mədəniyyət və Turizm Nazirliyinin və Muzey Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilib . Dünya turu çərçivəsində 40- dan artıq şəhərdə maraqla qarşılanan Nikolya Popovun müəllifi olduğu “Nikolya Şokolad Muzeyi” sərgisində 250-dən artıq yüksək keyfiyyətli şokolad məmulatı, şokolad və marsipan heykəllər, şokolad bagetlərlə çərçivəyə alınmış rəsmlər, miniatürlər və kompozisiyalar sərgidə təqdim edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm