“Bu, Bakı 2015-də kişi davranışıdır” – FOTOLAR – VİDEO
Bizi izləyin

Bakı 2015

“Bu, Bakı 2015-də kişi davranışıdır” – FOTOLAR – VİDEO

Bakıda keçirilən ilk Avropa Oyunlarında baş vermiş maraqlı olay hələ də Rusiya, Belarus mətbuatının diqqət mərkəzindədir.

Publika.az xəbər verir ki, kişilər arasında keçirilən sambo yarışmasında yaşanmış hadisə xarici mətbuatda geniş müzakirələrə yol açıb. Xəbər verdiyimiz kimi, sambo yarışında həmyerlimiz Alim Qasımovla Belarus idmançısı Stepan Popovun mübarizəsi sonuncunun qalib gəlməsi ilə yekunlaşıb. Lakin Azərbaycan idmançısı ciddi zədə aldığından onu yerdən qaldırmaq mümkün olmayıb. Rəqibinin ayağa qalxa bilmədiyini görən Belarus idmançısı Alim Qasımovu çiyninə alaraq, onu geyinmə otağına aparıb.

“Komsomolskaya Pravda” Belarus samboçusunun bu addımını xüsusi olaraq işıqlandıraraq onun rəqibinə qarşı belə hərəkətini kişi davranışı adlandırıb. Rusiyanın ayrı-ayrı telekanallarında nümayiş etdirilən maraqlı epizod aparıcı tərəfindən “rəqiblərin bir-birinə dost münasibəti və mehriban addımı” kimi qiymətləndirilib. Şərhçilər “idmançılar yalnız arenada rəqibdirlər, onlar real həyatda dostdurlar” – deyə baş verənlərə bu cür izah veriblər.

Qeyd edək ki, Rusiya, habelə Belarus mətbuatının geniş işıqlandırdığı həmin görüntülər sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. Bir çoxları facebookda bu xəbərə “Yaşasın Azərbaycan və Belarus xalqlarının qardaşlığı” kimi ürək sözlərini yazıblar.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm