Boks: Daha iki boksçumuz yarımfinalda - CANLI YAYIM - YENİLƏNİR
Bizi izləyin

Bakı 2015

Boks: Daha iki boksçumuz yarımfinalda - CANLI YAYIM - YENİLƏNİR

Kişilərin yarışında ölkəmizi 75 kiloqram çəki dərəcəsində təmsil edən Xaybuya Musalov yarımfinala çıxmaq üçün belaruslu Vitali Bandarenka ilə üz-üzə gəlib. Birinci raund həmyerlimizin qələbəsi ilə başa çatıb. İkinci raundda da Azərbaycan boksçusu daha üstün döyüş nümayiş etdirib. Sonuncu raundu da eyni tempdə davam edən təmsilçimiz döyüşü 3:0 hesabı ilə qalib başa vuraraq yarımfinala vəsiqə qazanıb.

13:49

Günün ilk döyüşündə ölkəmizi 60 kiloqramda təmsil edən Yana Alekseyevna 1/4 finalda rusiyalı idmançı Zinayda Dobrinina ilə qarşılaşır. İlk iki raund həmyerlimizin üstünlüyü ilə keçib. Sonrakı raundları da fəal döyüş nümayiş etdirən boksçumuz 3-0 hesabı ilə qalib gələrək adını yarımfinala yazdırıb.

12:24

Bakı 2015 I Avropa Oyunlarında boks yarışları həlledici mərhələyə qədəm qoyub.

Publika.az xəbər verir ki, bu gün daha 8 çəki dərəcəsində (5 kişi, 3 qadın) görüşlər olacaq. Onlardan 3-də 1/4 final, 5-də yarımfinal qarşılaşmaları baş tutacaq.

Azərbaycan yığmasının 4 boksçusu rinqə çıxacaq: Tayfur Əliyev (56 kq) və Teymur Məmmədov (81) 1/2, Xaybuya Musalovla (75) Yana Alekseyevna (60) isə 1/4 final görüşünü keçirəcək.

Kişilər

56 kq

Yarımfinala qədər irəliləyərək, ən azı bürünc medalı özü üçün təmin edən Tayfur Əliyev final yolunda döyüşünü rusiyalı boksçu Bəxtovar Nazirova qarşı keçirəcək. Bura qədər iki rəqibini mübarizədən kənarlaşdıran həmyerlimizlə 3 döyüşdən qalib ayrılan Nazirovun görüşü saat 19:30-a təsadüf edəcək.

75 kq

1/8 finalda fransalı Kristian Assomo-Hallier Mbilliyə qalib gələn Xaybuya Musalovun 1/4 finaldakı rəqibi Vitali Bandarenka olacaq. Boksçumuz özündən 5 yaş böyük olan belaruslu idmançıyla döyüşə saat 13:30-da çıxacaq.

81 kq

Teymur Məmmədov yarışda 4-cü görüşünə çıxacaq. İndiyə qədər 3 rəqibinə heç bir şans verməyən Olimpiya Oyunlarının bürünc mükafatçısı, Avropa çempionu və dünya ikincisi yarımfinalda rusiyalı Pavel Silyagin önündə də uğurlu seriyanı davam etdirməyə çalışacaq. Məmmədov rinqə saat 20:15-də ayaq basacaq.

Qadınlar

60 kq

Əvvəlki mərhələdə finlandiyalı Mira Potkonen üzərində qələbə qazanan təmsilçimiz Yana Alekseyevnanın 1/4 finaldakı rəqibi rusiyalı idmançı olacaq. Yananın yarımfinal yolunda Zinayda Dobrinina ilə döyüşü saat 12:30-da baş tutacaq.

Qeyd edək ki, iyunun 22-də və 23-də Azərbaycan millisinin 9 boksçusu yarımfinala vəsiqə qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm