Bakı 2015: İştirakçılardan indiyədək 1400 dopinq-testi götürülüb
Bizi izləyin

Bakı 2015

Bakı 2015: İştirakçılardan indiyədək 1400 dopinq-testi götürülüb

Bakı 2015 I Avropa Oyunları iştirakçılarından indiyədək 1400 dopinq-testi götürülüb. Bu barədə Report-a Gənclər və İdman Nazirliyinin dopinqə qarşı mübarizə sektorunun müdiri və Ümumdünya Antidopinq Agentliyinin zabiti İradə Rüstəmzadə məlumat verib.

Onun sözlərinə görə, yoxlamalar yarış öncəsi, yarış zamanı və yarışdankənar dövrdə götürülüb. İ.Rüstəmzadə bildirib ki, analizlər Moskva (Rusiya) və Vyana (Avstriya) laboratoriyalarında aparılır. Nazirlik rəsmisi analiz cavablarının bir sutka ərzində verildiyini açıqlayıb:

"Hələlik antidopinq qaydalarının yalnız bir pozulma halına rast gəlinib. İyunun 13-də albaniyalı boksçu Rehildo Zenelinin sidik analizi nəticəsində istifadəsi qadağan olunmuş furosemid aşkarlanıb. 19 yaşlı idmançı dərhal yarışlardan kənarlaşdırılıb. Analoji hallara yenə rast gəlinsə, bizə bir gün ərzində məlumat veriləcək".

Qeyd edək ki, 6000-dən çox idmançının qatıldığı Avropa Oyunlarına iyunun 28-də yekun vurulacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm