Bakı 2015
Kənan Əliyev: “Azərbaycanı yenidən qılıncoynatma ölkəsi edəcəyik”
Qılıncoynatma yarışlarının ikinci günündə kişilər arasında fərdi şpaqa növündə mübarizədən məğlub ayrılan qılıncoynadanlarımız Publika.az-a döyüşləri barədə şərh veriblər.
A qrupunda çıxış edən Kənan Əliyev cəmi 2 rəqibinə qalib gəlməyi bacarıb, lakin o, 1/16 final mərhələsinə yüksələ bilməyib.
Güclü rəqiblərlə qarşılaşdığını deyən Kənan Əliyev bildirib ki, döyüşdüyü şpaqaçıların hər biri titullu və reytinqli olub:
“Yarışdığım A qrupunda Avropa çempionları, dünya kubokunun sahibləri vardı. Mübarizə aparmaq çətin idi. Azərbaycan kimi qılıncoynatması inkişaf etməmiş ölkədə bu cür rəqibləri qarşılamaq asan deyildi. Amma yenə də çalışdım ki, rəqiblərə boyun əyməyək, qafqazlı olduğumuzu göstərək. Əlimdən gələni etdim, amma təəssüf ki, növbəti mərhələyə adlaya bilmədim. Bir idmançı kimi bütün gücümü qoyuram ki, etimadı doğruldum”.
14 yaşından qılıncoynatma ilə məşğul olduğunu söyləyən K.Əliyev Qafqaz kubokunun sahibi olub:
“4 dəfə Azərbaycan çempionu adını qazanmışam. Türkiyə və Gürcüstan kubokuna sahib olmuşam. Dünya kubokunda 5-ci, Avropa çempionatında isə 11-ci yeri tutmuşam. Bizim idman növündə idmançı sayı 100 nəfəri ötür. Azərbaycan təmsilçisinin ilk onluğa daxil olması prestijli bir nəticə hesab olunur. İlk 64-lüyə dünya reytinqində xal verirlər”.
Şpaqaçının fikrincə, qılıncoynadanlarımızın zəif çıxışına maddi problemlər təsir göstərir:
“Sovet vaxtı Bakı məktəbi bütün dünyada məşhur olub. O vaxtki məşqçilər indi dünyanın bir çox ölkələrində məşqçilik edirlər. İkiqat Olimpiya çempionu İlqar Məmmədov Rusiyada baş məşqçidir. ABŞ, Honkonqda və dünyanın müxtəlif ölkələrində Bakı məktəbini görmüş qılıncoynadanlar yığmalara məşq keçir. Təəssüf ki, onları vətəndə saxlamaq mümkün olmayıb. İnşallah, gələcəkdə Azərbaycanı yenidən qılıncoynatma ölkəsi edəcəyik”.
K.Əliyev əlavə edib ki, Avropa Oyunlarının təşkilatçılığından razıdır:
“Mən çox turnirlərdə iştirak edirəm, hətta bir neçə həftə əvvəl İsveçrədə Avropa çempionatında idik. Avropa Oyunlarındakı təşkilatçılıq oradakı turnirdən dəfələrlə yaxşı idi. İnanıram ki, Yay Olimpiya Oyunlarının ev sahibliyi hüququ Azərbaycana verilsə, o da yetərincə yaxşı təşkil ediləcək”.
Nəcəf Məhərrəmov də rəqiblərinin seçilmiş və yüksək reytinqi olan idmançılar olduğunu söyləyib:
“Rəqiblərlə mübarizə çətin oldu. Beynəlxalq turnirlərdə az iştirak etdiyimizə görə təcrübəmiz yoxdur. Qılıncoynatma elə idman növüdür ki, burada təcrübə əsas rol oynayır. Bütün bunlarla müqayisədə nəticəmizin pis olduğunu deməzdim”.
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY