Sloveniya idmançısı: “Nəqliyyat, hovuzlar, obyektlər – hər şey möhtəşəmdir”
Bizi izləyin

Bakı 2015

Sloveniya idmançısı: “Nəqliyyat, hovuzlar, obyektlər – hər şey möhtəşəmdir”

“I Avropa Oyunlarında hər şey yüksək səviyyədə təşkil olunub”. Bu barədə Sloveniya komandasının nümayəndəsi Tomaz Torkar deyib.

O bildirib ki, gördüyü bütün obyektlər, hovuzlar və Atletlər kəndi, Olimpiya Oyunları da daxil olmaqla daha böyük miqyaslı tədbirləri qəbul etməyə hazırdır:

“Nəqliyyat, hovuzlar, obyektlər – hər şey möhtəşəmdir. Əla şərait var, ona görə burada digər yarışları səbirsizliklə gözləyirəm”.

T.Torkar həmçinin Bakının gözəlliyi barəsində də danışıb:

“Bakı turistləri cəlb edir. Düşünürəm ki, insanlar bura gəlib həzz ala bilərlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm