Yana: "Rinqdə daha hiyləgər olan qalib gəlir"
Bizi izləyin

Bakı 2015

Yana: "Rinqdə daha hiyləgər olan qalib gəlir"

"Bu döyüş əvvəlkindən daha çətin oldu. Çünki rəqib daha ağıllı döyüşürdü. O, dünya və Avropa çempionudur. Amma rinqdə kim daha hiyləgər oldu, o da qalib gəlir".

Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycanı 60 kiloqramda təmsil edən Yana Alekseyevna Rusiya təmsilçisi Zinaida Dobrinina üzərində qazandığı qələbədən sonra deyib.

Azarkeş dəstəyinin ona çox kömək olduğunu deyən idmançı onlara öz minnətdarlığını bildirib:

"Tamaşaçılar çox dəstək oldular. Hər kəsə çox sağ ol deyirəm. Artıq bürünc medalı qazanmışam. Bundan sonra finala çıxmaq haqqında düşünürəm. Həm də məşqçim olan atam mənim gələcək rəqibimin döyüşünü izləyir, onu analiz edir. Mən də bu gün və sabah ona uyğun taktika seçib, məşqlərimi davam edəcəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm