Boksçumuza erkən vida
Bizi izləyin

Bakı 2015

Boksçumuza erkən vida

Superağır çəki (+91 kq) dərəcəsində yarışan Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov zədə aldığı üçün Bakı-2015 Avropa Oyunlarının boks turnirini vaxtından əvvəl başa vurub.

Bu barədə Publika.az-a Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsindən məlumat verilib.

M.Məcidov iyunun 25-də yarımfinalda Rusiya təmsilçisi Həsən Qimbətov ilə yarışmalı idi. Onun indi finalda çox asan qələbə qazanmaq şansı var.

Məşqçi Nəriman Abdullayev deyib: "Məcidov çox ciddi zədə alıb. Bu çox pis haldır. Bu turnirdə onun işi başa çatdı".

Qeyd edək ki, azərbaycanlı idmançı 1/4 finalda türkiyəli Əli Demirezenə qalib gəlib, lakin başından zədə alıb. Komandanın həkimi müayinə zamanı onun yarışlara davam etməsinin təhlükəli olduğunu deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm