Bakı 2015
Fikrət Vəliyev: "Əsas ümidim qızlarımızadır"
Qılıncoynatma üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Fikrət Vəliyev Publika.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Artıq ikinci gündür Avropa Oyunlarında qılıncoynatma yarışlarına start verilib. İlk gün təmsilçilərimiz qadınlar arasında şpaqa, kişilər arasında sablya, bu gün isə kişilərin şpaqa yarışından məğlub ayrıldılar. Nəticənin bu cür olacağını gözləyirdiniz?
- Qızların şpaqada qələbə çalacaqlarına ümidim yox idi. Demək olar ki, komandamız zəifdir. Sablyada isə ümidim Azər Tağıyevə idi, amma 1/16 final mərhələsində yaxşı yarışmadı. Qılıncoynatmanın sablya növündə yarışan oğlanlar gəncdir, onlardan böyük nəticə gözləmirdik. Düzü, şpaqada mübarizə aparan Kənan Əliyevin qələbə qazanacağına inanırdım, təəssüf ki, güclü rəqiblərlə mübarizədən qalib ayrıla bilmədi. Əsas ümidimiz iyunun 25-də yarışacaq sablya yarışlarında qızlarımızadır. Sevil və Sevinc Bünyatova bacıları, Sabina Mikina yarışın favoritləridir.
- Qılıncoynatmanı Azərbaycan üçün gənc idman növü saymaq olarmı? Təmsilçilərimizin məğlubiyyətinin səbəbləri nədən irəli gəlir?
- Yox, qılıncoynatma Azərbaycan üçün gənc idman növü deyil. Sovetlər dövründə qılıncoynatma Azərbaycanda çox güclü idi. Məsələn, 1988-ci ildə Seulda Olimpiya Oyunlarında çempion olan SSRİ komandasındakı 4 nəfərdən ikisi azərbaycanlı olub. Rusiyanın baş məşqçisi İlqar Məmmədov dünyada yeganə azərbaycanlıdır ki, 2 qat Olimpiya çempionudur. Sovet vaxtı Azərbaycandan, 1996-cı ildə Rusiya tərkibində çempion olub.
- Medal üçün hələ də ümidiniz varmı?
- Sablyada qadın qılıncoynadanlarımızın medal qazanması mümkündür. Bu idman növündə proqnoz vermək çətindir. Qılıncoynatmanın spesifikası elədir ki, bir yarışda birinci yerə çıxan idmançı digər yarışda 110-cu yer tuta bilər. Qızların səviyyəsi ümid verir, məncə medal qazana bilərik.
- Avropa Oyunlarında qılıncoynatma yarışları üçün yaradılan şərait barədə nə deyə bilərsiniz?
- Təşkilatçılıq çox yüksək səviyyədədir. Xarici məşqçi dostlarım deyir ki, Avropa Oyunları Olimpiya Oyunlarından geri qalmır.
- Qılıncoynatma Federasiyasının prezidenti, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov qılıncoynadanları izləmək üçün yarışların keçirildiyi Bakı Kristal Zala gələcək?
- Nazim İbrahimov Dövlət Komitəsinin sədri kimi çox məşğul adamdır. İki gündür yarışları ancaq rəhbərlik etdiyi komitənin işçiləri, müavinləri izləyirlər, idmançılara dəstək olmağa gəliblər. Məndə olan məlumata görə, sabahkı yarışları şəxsən Nazim müəllim özü izləyəcək.
Nərgiz
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI