ABŞ səfiri Atletlər Kəndində - FOTOLAR
Bizi izləyin

Bakı 2015

ABŞ səfiri Atletlər Kəndində - FOTOLAR

ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta bu gün Atletlər Kəndinə gedərək Bakı Avropa Oyunları Təşkilatı Komitəsinin rəsmiləri və bir neçə dövlətin idmançıları ilə görüşüb.

Publika.az xəbər verir ki, səfir Avropa Oyunlarına bənzər beynəlxalq idman tədbirlərinin müxtəlif dövlətləri və mədəniyyətləri təmsil edən insanların bir araya gətirilməsində oynadığı rol barədə danışıb.

Robert Sekuta qeyd edib ki, oyunun qaydalarına riayət etmək, idmançıların və komandaların uğuruna sevinmək, yarış bitəndən sonra rəqiblərin bir-birinin əlini sıxması kimi hərəkətlər idman yarışlarının və Olimpiya hərəkatının əsas aspektləridir və biz hamımız bunları öyrənib digər fəaliyyətlərimizdə tətbiq edə bilərik. O, idmançıları göstərdikləri çıxışlar münasibətilə təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm