Birinci oldu, amma medalsız qaldı, çünki...
Bizi izləyin

Bakı 2015

Birinci oldu, amma medalsız qaldı, çünki...

Nazim Babayev Avropa Oyunlarında atletikanın 3 təkanla tullanma növündə ölkəmizi təmsil edirdi. O, öz növündə birinci yeri tutsa da, medal sahibi ola bilmədi. Bunun da səbəbi atletika yığmamızın digər üzvlərinin onun qədər uğurlu ola bilməməsi idi. Atletika üzrə yığmamız komanda hesabında 5-ci oldu və medalçılar sırasına düşə bilmədi. Buna görə də Nazim Babayevin “qızıllıq” göstəricisi qiymətsiz qaldı. Atletikada tək-tək mükafatlandırma yoxdur.

Nazim Babayev Publika.az-a açıqlamasında öz uğurlu çıxışı və Oyunlar barəsində bunları söylədi:

“Yarışlar barəsində onu deyə bilərəm ki, çox yüksək səviyyədə keçirilib. Demək olar ki, olimpiya oyunları səviyyəsində təşkil olunub. Yeni tikilən idman obyektləri Azərbaycanda gələcəkdə idmanın daha da inkişaf etməsinə yardımçı olacaq. Yarışlar da çox yüksək səviyyədədir. Öz çıxışıma gəldikdə 3-cü cəhdimdə ayağımdan zədə aldım. Həmin an 2-ci pillədə idim. 1 cəhdim qalırdı. Özümdə güc tapdım. Azarkeşlərin və mənə doğma olan insanların dəstəyi sayəsində sonuncu cəhddə 16,38 sm nəticə göstərməklə birinci oldum. Mən sevinirəm ki, qızıl medalla təltif olunmasam da, Azərbaycan bayrağını yüksəyə qaldırıb olimpiya stadionunda dövrə vurdum. Bəlkə də bu qələbəmlə 10 minlərlə insanı sevindirə bildim. Göstərdim ki, Azərbaycan həqiqətən də idman ölkəsidir. Sübut etdim ki, Azərbaycanın qələbə qazanmağa qadir atletləri var”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm