Qılıncoynatma: Əkizlərimiz yarımfinalda - YENİLƏNİR
Bizi izləyin

Bakı 2015

Qılıncoynatma: Əkizlərimiz yarımfinalda - YENİLƏNİR

S.Bünyadova 1/4 finalda yunanıstanlı Vasiliki Vouqiouka ilə qarşılaşıb. Sevil yunanıstanlı qılıncoynadanı 15:12 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Onun bu mərhələdə rəqibi fransalı Marqaux Rifkis olacaq.

Sevinc Bünyadova 1/4 finalda ukraynalı Alina Komaşçukla qarşılaşıb. Təmsilçimiz 15:11 hesabı ilə rəqibinə qalib gəlib. Sablyaçımız yarımfinal döyüşündə iştirak edəcək. Sevinc Bünyadova yarımfinalda Polşa təmsilçisi Angelika Vator ilə qarşılaşacaq.

16:31

Azərbaycanı Bakı 2015 I Avropa Oyunlarında təmsil edən Sevinc və Sevil Bünyatova bacıları 1/4 finala yüksəlib. Sevil Bünyatova 1/8 finalda rusiyalı Mariya Rideli məğlub edib - 15:9.

Növbəti görüşündə o, yunanıstanlı Vassiliki Vuqyuka ilə qarşılaşacaq.

Sevinc Bünyatova isə italiyalı Rebekka Qarqanonu məğlubiyyətə uğradıb - 15:7. Onun 1/4 finaldakı rəqibi Alina Komaşçuk olacaq.

Qeyd edək ki, Azərbaycanın 1/8 finaldakı daha bir təmsilçisi Səbinə Mikina Yana Obintsevaya 13:15 hesabı ilə yenilərək, mübarizəni dayandırıb.

16:01

Sevil 1/16 final mərhələsində növbəti qələbəsini qazanıb. Sablyaçımız polşalı Maqdalena Pasternakı 15:4 hesabı ilə məğlub edib. Bünyadova 1/8 finalda rusiyalı Mariya ridellə görüşəcək. Bu qarşılaşma 15:50-də start götürəcək. Fatimə isə italiyalı Rebekka Qarqanoya uduzub – 6:15.

Bununla da Qarqano 1/8 finalda Sevinclə üz-üzə gələcək.

Bu mərhələdə Mikina rusiyalı Yana Obvintseva ilə qarşılaşıb. Oyun boyu öndə olmasına baxmayaraq, təmsilçimiz sonda 13:15 hesabı ilə uduzub.

Sevil isə 1/16 finalın ardından 1/8 finalda da qələbə qazanıb. O, rusiyalı rəqibini 15:9 hesabı ilə məğlub edib. O, 16:20-də başlayacaq 1/4 finalda Vasilki Voqioka ilə görüşəcək. Qalib gəlib, yarımfinala yüksələcəyi halda, sablyaçımız ən azı bürüncü təmin edəcək.

14:41

Öz qrupunda keçirdiyi 5 oyunun hamısında qələbə qazanan Sevinc və Səbinə mərhələni 1-ci yerlə adlayıb. Onların hər ikisi birbaşa 1/8 finala yüksəlib.

Üç qələbə əldə edən Sevillə və Fatimə 3-cü yerin sahibi kimi 1/16 finala çıxıb.

1/16 final mərhələsi saat 15:00-da başlayacaq. Sevilin növbəti rəqibi polşalı Maqdalena Pasternak olacaq. Fatimə isə italiyalı Rebekka Qarqanonu sınağa çəkəcək.

Sonuncu cütün qalibi 1/8 finalda Sevinclə üz-üzə gələcək. Mikina isə rusiyalı Yana Obvintseva ilə rumıniyalı Bianka Pasku arasında matçın qalibi ilə üz-üzə gələcək.

13:34

A qrupunda mübarizəyə başlayan Sevinc Bünyadovanın ilk qarşılaşması türkiyəli İlgin Sarban ilə olub. O, rəqibinə 2:5 hesabı ilə uduzub. Sablyaçımız ikinci döyüşdə fransalı Marion Stoltz ilə yarışıb. S.Bünyadova rəqibi üzərində qələbə çalıb - 5:3.

Təmsilçimiz daha sonra italiyalı Rebeka Qarqano ilə mübarizə aparıb. O, italiyalı sablyaçını nəfəs almağa qoymayıb. Sevinc Bünyadova 5:0 hesabı ilə rəqibi üzərində təmiz qələbə qazanıb. Polşalı Martina Vatora ilə yarışda da sablyaçımız uğurlu çıxış edib. Görüş 5:2 hesabı ilə sablyaçımızın qələbəsi ilə nəticələnib. Son döyüşdə Sevinc Bünyadova Ukrayna təmsilçisi Olqa Karlanla qarşılaşıb. O, bu döyüşdə də rəqibini məğlub edib. S.Bünyadova 5-3 hesabı ilə qələbə qazanaraq 1/16 final mərhələsinə keçib.

D qrupunda mübarizəyə başlayan Fatimə İbrahimova ilk görüşdə rusiyalı Mariya Ridelə qalib gəlib. Gərgin keçən mübarizə 5:4 hesabı ilə sablyaçımızın xeyrinə başa çatıb. Sablyaçımızın ikinci döyüşü də uğurla nəticələnib. İslandiyalı Aqusts Dottirlə mübarizədə F.İbrahimova 5:1 hesabı ilə qələbə qazanıb. İtaliyalı Katerina Navarria ilə qarşılaşmada da hesab eyni olub, təmsilçimiz udub - 5:1. Qılıncoynadanımız daha sonra fransalı Sara Balzerlə döyüşüb. F.İbrahimova bu mübarizədən 2:5 hesabı ilə məğlub ayrılıb.

Qılıncoynatma yarışlarının favoritlərindən hesab olunan Səbinə Mikina ispaniyalı Laia Vila ilə ilk döyüşdən 5:1 hesabı ilə qalib ayrılıb. S.Mikina Belarus təmsilçisi Darya Andreyeva üzərində də qələbə qazanıb - 5:3. Rusiyalı Tatyana Şukova ilə mübarizədə də Mikina üstünlüyü ələ alıb. Döyüş 5:2 hesabı ilə sablyaçımızın xeyrinə başa çatıb. Sablyaçımız dördüncü döyüşü polşalı Karolina Kaleta ilə keçirib. Bu qarşılaşma da təmsilçimizin üstünlüyü ilə nəticələnib - 5:2. İtaliyalı Sofia Ciaragliya ilə mübarizəni də S.Mikina qələbə ilə başa çatdırıb. S.Mikina 5:4 hesabı ilə qalib gələrək 1/16 final mərhələsinə keçib.

F qrupunda qüvvəsini sınayan Sevil Bünyadova ilk mübarizədə qələbə qazanıb. Rusiyalı Viktoriya Kovaleva ilə qarşılaşma 5:4 hesabı ilə təmsilçimizin xeyrinə başa çatıb. Sablyaçımız Böyük Britaniya təmsilçisi Aliya İtzkovitzlə mübarizədən məğlub ayrılıb - 3:5. Ukraynalı Olqa Zovnirlə döyüşdə S.Bünyadova üstünlüyü ələ alaraq 5:4 hesabı ilə qalib gəlib. Rumıniyalı Bianka Pasku ilə qarşılaşmadan isə sablyaçımız məğlub ayrılıb - 1:5.

09:24

Bu gün Bakı-2015 Avropa Oyunlarında qılıncoynatma üzrə yarışların üçüncü günü başlayıb.

Publika.az-ın məlumatına görə, bu gün kişilər arasında rapira, qadınlar arasında isə sablya ilə fərdi yarışlar keçiriləcək.

4 qadın sablyaçımız qılıncoynadanların fərdi yarışlarının son günündə mükafatçılar sırasına düşməyə çalışacaq.

Qadınların yarışında 36 idmançı 6 qrupda mübarizəyə başlayacaq. Azərbaycan qılıncoynadanlarından Sevinc Bünyadova A, Fatimə İbrahimova D, Sabina Mikina E, Sevil Bünyadova F qrupunda qüvvəsini sınayır. Onlar 1/16 finala vəsiqələr uğrunda mübarizə aparacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm