Üzgüçülük: İdmançılarımız yarımfinala çıxa bilmədi – YENİLƏNİR
Bizi izləyin

Bakı 2015

Üzgüçülük: İdmançılarımız yarımfinala çıxa bilmədi – YENİLƏNİR

Təmsilçilərimizdən Murat Ayhan və Anton Jeltyakov 50 m brass üsulu ilə üzməkdə qüvvəsini sınayıb. Sonuncu 29,21 saniyə nəticə ilə ümumi hesabda 19-cu olub. Ayhan isə finiş xəttinə 34,02 saniyəyə çataraq, sonuncu olub. Hər iki təmsilçimiz mübarizəni dayandırıb.

100 m məsafəyə batterflyay üsulu ilə üzən Aysu Bayramova finişə 1 dəqiqə 6,20 saniyəyə çatıb. 36 idmançı arasında sonuncu olan üzgüçümüz yarışı başa vurub.

200 m arxası üstə üzməkdə mübarizə aparan Qriqori Kalminski 2.09,69 nəticə göstərib. O, 39 iştirakçı arasında 31-ci olaraq, yarımfinala çıxa bilməyib. Eyni üsulla 50 m məsafə qət edən Yuliya Stisyuk 31,05 saniyəyə üzüb. O, 47 idmançının çıxış etdiyi yarışda 45-ci olub.

09:51

Bu gün Bakı 2015 I Avropa Oyunlarında üzgüçülük yarışlarında 9 dəst medalın sahibi müəyyənləşəcək.

Publika.az xəbər verir ki, Bakı Su İdmanı Mərkəzində keçirilən yarışlarda Azərbaycanı 5 idmançı təmsil edəcək.

Təmsilçilərimizdən Murat Ayhan və Anton Jeltyakov 50 m brass üsulu ilə üzməkdə qüvvəsini sınayacaq. Bu növdə yarışlar 09:40-da başlayacaq.

Aysu Bayramova isə 100 m məsafəyə batterflay üsulu ilə üzəcək. O, saat 10:26-da start xəttinə çıxacaq.

200 m arxası üstə üzməkdə mübarizə aparacaq Qriqori Kalminski saat 10:11-də qüvvəsini sınayacaq. Eyni üsulla 50 m məsafə qət edəcək Yuliya Stisyuk 09:30-da mübarizəyə qoşulacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm