• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Cüdo: Şıxəlizadə məğlub oldu - CANLI YAYIM - FOTOLAR - YENİLƏNİR

Cüdo: Şıxəlizadə məğlub oldu - CANLI YAYIM - FOTOLAR - YENİLƏNİR

66 kqa çəki dərəcəsimdə çıx edən təmsilçimiz Nicat Şıxalızadə bürünc uğrunda görüşdə Rusiya idmançısı Mixael Pulyayevlə qarşılaşıb. Görüşü idmançımız məğlub tərk edib. Hesabında 3 şidosu və 1 vaz-ari xalı olan rus idmançı qalib olub.

20:40

60 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Orxan Səfərov finalda Rusiya idmançısı Beslan Mudranovıa qarşılaşıb. İdmançımız rəqibin tətbiq etdiyi ipponun qurbanı olub. Gümüş medalla kifayətlənib. Qey edək ki, hər iki idmançının aktivində 2 şido olub.

17:19

-66 kq çəki dərəcəsində təsəlliverici görüşə çıxan cüdoçumuz Nicat Şıxəlizadə Ukrayna idmançısı Georgi Zantaria ilə qarşılaşıb. İlk dəqiqələrdə rəqib vaz-ari xalı ilə öndə olub. Daha sonra isə təmsilçimiz ipponla qalib gəlib və bürümc medal uğrunda döyüşmək şansı qazanıb.

-66 kq-da çıxış edən cüdoçumuz Nicat Şıxəlizadənin bürünc medal uğrunda görüşdə rəqibi Rusiya idmançısı Mixayel Pulyayev olacaq. Digər təmsilçimiz Orxan Səfərovun ( -60 kq) isə finalda qarşılaşacağı rəqib Rusiya idmançısı Beslan Mudranov olacaq.

17:10

-60 kq çəki dərəcəsində çəxış edən cüdoçuların yarımfinal görüşü baş tutub. Təmsilçimiz Orxan Səfərov İspaniya idmançısı Fransisko Qarriqosla qarşılaşıb. Görüşün sonlarına yaxın rəqib idmançının hesabında 2 şido olub. İdmançımızda isə 1 şido. Beləliklə görüşü Orxan qalib bitirib.

16:09

-66 kq çəki dərəcəsində 1/4 finalda təmsilçimiz Nicat Şıxalızadə Portuqaliya idmançısı Serqiu Oleyniklə qarşılaşıb. Rəqib ipponla tam qələbə əldə edib.

1/4 finalda çıxış edən digər idmançımız Orxan Səfərov İsveçrə təmsilçisi Ludoviç Şammartinlə qarşılaşıb.

Görüşün ilk dəqiqələrində rəqibə şido verilib. İkinci dəqiqədə idmançımız vaz-ari ilə aktivinə xal yazdırıb. Ardınca yuka ilə hesabındakı xalı daha da artırıb. Rəqib ikinci şido alıb. Beləliklə, idmançımız görüşü 1 vaz-ari, 1 yuka xalı ilə qalib bitirib.

Orxan Səfərovun yarımfinalda rəqibi İspaniya təmsilçisi Fransisko Qarriqos olacaq. Fransisko 1/8 finalda təmsilçimiz İlqar Müşkiyevi məğlub edib.

15:20

1/8 finalda 66 kq-dək olan idmançılar görüşüb. Təmsilçimiz Nicat Şıxəlizadənin rəqibi italiya idmançısı Elio Verde olub.Cüdoçumuz öncə vaz-ari sonra isə ippon fəndi ilə görüşü tam qələbə ilə başa vurub.

14:33

60 kq-da 1/8 finalda çıxış edən Orxan Səfərovun rəqibi Belarusu təmsil edən öz həmvətənlisi olub. Belə ki, təmsilçimizin rəqibi Arif Bağırovdur. Arif Bağırov SSRİ dövründə sambo və cüdo üzrə 4 qat dünya, 5 qat Avropa cempionu, Belarusun Əməkdar idman ustası, cüdo üzrə Belarus yığmasının baş məşqçisi Natiq Bağırovun oğludur.

Görüşün ilk dəqiqəsində Orxan 1 yuka fəndi ilə önə keçir. Ardınca atdığı 2-ci yuka fəndi ilə 2:0 rəqibini üstələyir. Buna baxmayaraq, həm də idmançımızın hesabında 2 şido da olub. Görüşün sonuna doğru təmsilçimiz vaz-ari ilə rəqibi daha da üstələyib. Ancaq rəqib vaz-ari xalı ilə hesabı 12:7 etsə də, görüşün taleyini həll edə bilməyib. Sona qədər üstünlüyünü qoruyan Orxan görüşü qalib bitirib.

İdmançımızın aktivində 1 vaz-ari, 2 yuka və 2 şido olub.

Xatırladaq ki, Natiq Bağırov 2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə “Şohrət” ordeni ilə təltif edilib.

14:05

Təmsilçimiz İlqar Müşkiyev ( - 60kq) ilk görüşünə 1/8 finaldan başlayıb. Onun rəqibi İspaniya idamançısı Fransisko Qarriqos olub. Görüşün sonuna doğru hər iki idmançıda 3 şido olub. Qalibi müəyyənləşdirmək üçün görüşə 1 dəqiqə əlavə olunub. Rəqib bu vaxtdan yaxşı istifadə edərək 1 yuka xalı ilə qalib olub.

13:40

Çəkisi -57 kq-a qədər olan xanım cüdoçular döşək üzərinə çıxıb. 1/16 finalda cüdoçumuz Kifayət Qasımova Serbiya idmançısı Jovanna Rociklə qarşılaşıb. Hər ikis ilk dəqiqələrdə passiv güləşdiyinə görə şido alıb.

2-ci dəqiqədə idmançımız daha bir şido alıb. Görüşün sonunda təmsilçimizin aktivində 3 şido olub.

Buna görə də təmsilçimiz məğlub sayılıb.

-48 kq çəki dərəcəsindı çıxış edən xanım təmsilçimiz Ayşə Qurbanova 1/8 finalda İtaliya cüdoçusu Valentina Moskatla qarşılaşıb. İlk dəqiqələrdə vaz-ari xalı ilə cüdoçumuz öndə olsa da, rəqibin saxlama fəndinə düşərək görüşü məğlub bitirib.

13:27

-48 kq çəki dərəcəsində qadın təmsilçimiz Leyla Əliyeva 1/8 finalda Belçika cüdoçusu Şarlin van Sniklə güləşib. Rəqib saxlama fəndi tətbiq edərək vaxtından əvvəl tam qələbə ilə qalib gəlib.

13:19

-66 kq çəki dərəcəsində daha bir təmsilçimiz döşək üzərinə çıxıb. Cüdoçumuz Tərlan Kərimov 1/16 finalda Rusiya idmançısı Mixail Pulyayevlə üz-üzə gəlib. Təmsilçimiz hesabında olan 4 şido və rəqibin atdığı vaz-ari fəndi iıə məğlub olub.

13:03

-66 kq çəki dərəcəsində 1/16 finalda təmsilçimiz Nicat Şıxalızadə Türkiyə idmançısı Sinan Sandalla qarşılaşıb. Nicat tam qələbə ilə görüşdən qalib ayrılıb.

12:21

Leyla Əliyeva mübarizəyə 1/16 finaldan başlayıb. Sloveniyalı Kristina Vrsiçlə üz-üzə gələn həmyerlimizin debütü uğurlu alınıb. Şido xalı ilə mərhələ adlayan Əliyeva 1/8 finalda belçikalı Şarlin van Sniklə qarşılaşacaq.

Digər idmançımız Aişə Qurbanlı rusiyalı Kristina Rumyantsevanı sınağa çəkib. Döyüş təmsilçimizin təmiz qələbəsi ilə başa çatıb. Aişə rəqibini ipponla mübarizədən kənarlaşdırıb. O, 1/8 finalda italiyalı Valentina Moskattla qarşılaşacaq.

1/16 final mərhələsində qüvvəsini sınayan Səkinə Zairova israilli Roni Şvartsla münasibətlərinə aydınlıq gətirib. Gərgin keçən döyüş rəqibin xeyrinə yekunlaşıb. Cüdoçumuz ipponla uduzub.

11:48

Bakı 2015 I Avropa Oyunlarının son mərhələsi həm də cüdo yarışlarının həyəcanıyla yadda qalacaq.

Publika.az xəbər verir ki, ilk gündəcə 5 medal dəsti sahibini tapacaq. Azərbaycan millisinin 8 cüdoçusu tatami üzərinə çıxacaq.

Onlardan 4-ü kişilərin, 4-ü qadınların yarışında qüvvəsini sınayacaq. Bu gün mübarizə aparacaq 5 çəki dərəcəsindən 3-də ölkəmiz iki idmançı ilə təmsil olunacaq.

Cüdo, 25 iyun

Kişilər

60 kq

Bu çəki dərəcəsində tatami üzərinə çıxacaq hər iki təmsilçimiz 1/16 finaldan azaddır. Orxan Səfərov 1/8 finalda monteneqrolu Yan Siçardi ilə belaruslu Arif Bağırov arasında görüşün qalibi ilə qarşılaşacaq. İlqar Müşkiyev isə ispaniyalı Fransisko Qarriqosla israilli Alon Rəhim arasında duelin qalibi ilə üz-üzə gələcək.

66 kq

İki cüdoçumuzun çıxış etdiyi çəki dərəcəsində təmsilçilərimiz 1/16 finaldan mübarizəyə start verəcək. Saat 13:00-da tatami üzərinə çıxacaq Nicat Şıxəlizadə türkiyəli Sinan Sandalla üz-üzə gələcək. Tərlan Kərimovla rusiyalı Mixail Pulyayevin dueli isə 12 dəqiqə sonra start götürəcək.

Qadınlar

48 kq

Bu çəki dərəcəsində ölkəmizi 2 cüdoçu təmsil edəcək. Leyla Əliyeva mübarizəyə 1/16 finaldan başlayacaq. Onun rəqibi sloveniyalı Kristina Vrsiç olacaq. 12:00-da başlayacaq qarşılaşmanın qalibi 1/8 finalda belçikalı Şarlin van Sniklə üz-üzə gələcək.

Digər idmançımız Aişə Qurbanlı isə rusiyalı Kristina Rumyantsevanı sınağa çəkəcək. Onlar saat 12:12-də tatami üzərinə çıxacaq. Bu cütün qalibi növbəti mərhələdə italiyalı Valentina Moskattla qarşılaşacaq.

52 kq

1/16 final mərhələsində qüvvəsini sınayacaq Səkinə Zairova israilli Roni Şvartsla münasibətlərinə aydınlıq gətirəcək. Onların görüşü saat 12:12-də başlayacaq. Təmsilçimiz mərhələ adlasa rumıniyalı Andria Çitu ilə üz-üzə gələcək.

57 kq

Ən təcrübəli cüdoçularımızdan olan Kifayət Qasımova da yarışa 1/16 finaldan başlayacaq. O, 1/8 final vəsiqə uğrunda serbiyalı Yovana Roqiçlə mübarizə aparacaq. Saat 13:16-da tatami üzərinə çıxacaq cütün qalibi növbəti mərhələdə portuqaliyalı Telma Montero ilə qarşılaşacaq.

Foto: Elçin Murad

Xəbər lenti

DAHA ÇOX XƏBƏR