
“Dünya çempionu Olqa Xarlana qalib gələcəyimə inanmırdım, amma var gücümü ortaya qoyub onu uddum”.
Bu sözləri Publika.az-a açıqlamasında qılıncoynatma yarışlarının üçüncü günündə mübarizə aparan sablyaçı Sevinc Bünyadova deyib.
1/16 final mərhələsinə keçən təmsilçimiz bütün döyüşlərinin çətin olduğunu söyləyib:
“Mübarizə apardığım rəqiblərimdən güclü idim. Amma ən güclü rəqib kimi Ukrayna təmsilçisini görürdüm. 5:3 hesabı ilə Olqa Xarlan üzərində qələbə qazandım”.
Qeyd edək ki, Sevinc Bünyadovanın bacısı Sevil Bünyadova da mübarizə aparacaq. O, bacısından da qalibiyyət gözlədiyini söyləyib.