Finalçı boksçumuz: "Çalışacağam ki, qələbə qazanım və bayrağımızı qaldırım"
Bizi izləyin

Bakı 2015

Finalçı boksçumuz: "Çalışacağam ki, qələbə qazanım və bayrağımızı qaldırım"

"Çempionluğun bir addımlığındayam və çalışacağam ki, qələbə qazanım və himnimizi səsləndirim, bayrağımızı qaldırım".

Publika.az xəbər verir ki, bunu Avropa Oyunlarında finala vəsiqə qazanan boksçumuz Elvin Məmişzadə jurnalistlərə deyib.

Sonuncu döyüşdə Almaniya boksçusuna qalib gələn E.Məmişzadə döyüşün bir az ağır keçdiyini bildirib:

"İki raund bərabər idik, üçüncü raundda bir az əzmkarlıq göstərərək qələbə qazandım. Çox sevinirəm, çünki finala yüksəldim".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm