• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Qadın voleybolu: Türkiyə finalda - YENİLƏNİB

Qadın voleybolu: Türkiyə finalda - YENİLƏNİB

Türkiyə millisi qalib gələrək finala vəsiqə qazandı.

22:16

Hesab bərabərləşdi. Dördüncü set 25:23 hesabı ilə milli komandamızın xeyrinə başa çatdı. Beşinci set oynanılır.

21:41

Üçüncü set Türkiyə yığmasının xeyrinə başa çatdı - 19:25.

21:15

İkinci hissə millimizin qələbəsi ilə başa çatsdı - 25:23. Hesab 1:1-dir. Oyunda üçüncü set oynanılır.

20:52

“Baku Crystal Hall”da Azərbaycanın və Türkiyənin qadın voleybolçularının finala vəsiqə qazanmaq uğrunda mübarizəsi başlayıb. İlk set türkiyəli voleybolçuların 21:25 hesablı üstünlüyü ilə başa çatıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri “Baku Crystal Hall”da yarımfinal görüşünü izləyirlər. Artıq görüşdə ikinci set oynanılır.

17:24

Bu gün Bakı 2015 I Avropa Oyunlarında qadın voleybolçuların yarışında finalçılar məlum olacaq.

Publika.az xəbər verir ki, 1/4 finalda Hollandiya üzərində asan qələbə qazanan Azərbaycan yığması çempionluğa gedən yolda Türkiyə ilə üz-üzə gələcək. Qrup mərhələsində 0:3 hesabı ilə uduzan komandamız bu dəfə meydana həm də revanş üçün çıxmalıdır.

Digər yarımfinal cütündə isə Polşa və Serbiya üz-üzə gələcək.

25 iyun

Voleybol, qadınlar

Yarımfinallar

17:00 Polşa – Serbiya

19:30 Türkiyə - Azərbaycan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR