• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Bakı-2015: XV günün proqramı

Bakı-2015: XV günün proqramı

Bu gün Bakı-2015 I Avropa Oyunlarının XV günüdür.

Publika.az xəbər verir ki, bu gün 9 idman növü üzrə yarışlar keçiriləcək. BMX velosiped idmanında mübarizə aparanlar da yarışa qoşulacaq.

Digər 8 növdən 5-də medalçılar müəyyənləşəcək. Ümumilikdə 23 dəst mükafatın oynanıldığı gündə basketbolçuların yarışına yekun vurulacaq. 3x3 növündə çıxış edən idmançılar həm kişi, həm qadınlar arasında ən yaxşıların adlarına aydınlıq gətirəcək.

Üzgüçülükdə 7, cüdoda 6, boksda 5, qılıncoynatmada 3 növ üzrə qaliblər bəlli olacaq. Çimərlik futbolu və voleybolda növbəti qarşılaşmalar keçiriləcək.

26 iyun

09:00. Qılıncoynatma

Qadınlar, sablya ilə komanda yarışı

Kişilər, şpaqa ilə komanda yarışı

Qadınlar, rapira ilə komanda yarışı

Bakı Kristal Zalı

09:30. Üzgüçülük

Bakı Su İdmanı Mərkəzi

10:00. Badminton

1/4 final, yarımfinal

Bakı İdman Zalı

11:00. Cüdo

Kişilər, 73 kq, 81 kq

Qadınlar, 63 kq, 70 kq

Paracüdo, kişilər, +90 kq

Paracüdo, qadınlar, 57 kq

Heydər Əliyev adına İdman Arenası

12:30. Boks

Yarımfinal

Qadınlar, 60 kq

Kişilər, 60 kq, 69 kq, 75 kq, 91 kq

Final

Qadınlar, 54 kq, 64 kq

Kişilər, 52 kq, 64 kq, +91 kq

Bakı Kristal Zalı

14:30. BMX velosiped idmanı

BMX Veloparkı

16:00. Çimərlik futbolu

Qrup mərhələsi, III tur

Çimərlik Arenası

16:30. 3x3 Basketbol

Yarımfinal, final

Basketbol Arenası

17:00. Voleybol

Kişilər, yarımfinal

Polşa - Bolqarıstan

Bakı Kristal Zalı

19:30. Voleybol

Kişilər, yarımfinal

Rusiya - Almaniya

Bakı Kristal Zalı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR