• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Cüdo: Prezident İlham Zəkiyevin medalını təqdim etdi - FOTO/YENİLƏNİR

Cüdo: Prezident İlham Zəkiyevin medalını təqdim etdi - FOTO/YENİLƏNİR

90 kq-da çıxış etmiş paralimpiyaçı cüdoçuların mükafatlandırma mərasimi baş tutub.

Publika.az xəbər verir kİ. bürünc medal Azərbaycan təmsilçisi Zakir Mislimova və Rus idmançı Oleksandr Paraşyuka, gümüş medal Ukrayna təmsilçisi Oleksandr Pominova, qızıl medal da İlham Zəkiyevə təqdim olunub.

Zəkiyevin qızıl medalını prezident İlham Əliyev təqdim edib.

20:50

Qarabağ qazisindən ordu günündə möhtəşəm zəfər +90 kq çəki dərəcəsində paralimpiyaçı cüdoçuların finaı görüşü baş tutub.

2 qat paralimpiya, 2 qat dünya, 5 qat Avropa çempionu əfsanəvi cüdoçumuz İlham Zəkiyev Ulrayna idmançısı Oleksandr Pominpvla qarşılaşıb. Qarabağ qazisi rəqibinə ard-arda atdığı 2 vaza-ari fəndi ilə görüşü tam qələbə ilə başa vurub.

Zəkiyevin görüşüne prezident İlham Əliyev və ailə üzvləri də izləyib. Preziden İlham Əliyev əfsanəvi cüdoçumuz Zəkiyevin qələbəsini ayaqüstə alqışlayıb.

20:23

90 kq çəki dərəcəsində mübarizə aparan paralimpiyaçı cüdoçuların görüşü baş tutub.

Təmsilçimiz Zakir Mislimov Yunanistan idmançısı Klimis Papaxristosla qarşılaşıb. Görüş gərgin keçib çünki hər iki idmançı medal üçün döşəyə çıxıb. Son dəqiqələrə qədər hər iki idmançının aktivində şido olub. - rəqibdə 3 şido, təmsilçimizdə 2 şido. Ancaq idmançımız rəqibindən daha üstün olduğunu sübut edib. Zakir Mislimov son anda ipponla qalib gəlib. Beləliklə idmançımız bürünc medal qazanıb. Zakir Mislimov qələbə qazanarkən sevincdən göz yaşlarını saxlaya bilməyib.

19:08

57 kq çəki dərəcəsində çıxış edən xanım paralaimpiyaçı cüdoçuların final görüşü baş tutub. Təmsilçimiz Səbinə Abdullayeva Ukrayna cüdoçusu dünya və Avropa çempionu İnna Çerniakla qarşılaşıb.

Gənc cüdoçumuz 18-ci saniyədə Yuka xalı ilə önə keçib. Ancaq rəqib ipponla görüşün taleyini həll edib. Cüdoçumuz gümüş medal qazanıb. Qeyd edək ki, Səbinə Abdullayevə rəqibindən 8 yaş kiçikdir. Həmçinin cüdoçumuz zədəli olub. Onun ilk görüşdən zədəli olduğu bəlli idi.

16:28

Paralimpiyaçı cüdoçumuz İlham Zəkiyev (+90 kq) 1/2 finalda Yunanıstan idmançısı Papaxristos Klimislə görüşüb. Cüdoçumuz ilk dəqiqədən elə üstünlüyünü sübut edib. Qarabağ qazisi, əfsanəvi cüdoçu ipponla tam qələbə qazanıb. Finalda onun rəqini Zakir Mislimova qalib gələn ukraynalı Aleksandr Pominov olacaq. Görüş 19:30-da baş tutacaq.

Paralimpiyaçı cüdoçuların görüşündə +90 kq çəkidə Azərbaycan təmsilçisi Zakir Mislimov təsəlliverici görüşə çıxıb. Təsəlliverici görüşdə cüdoçumuz Julien Taurineslə qarşılaşıb. İlk dəqiqələrdə Z.Mislimovun aktivində 1 yuka və 1 şido olub. Növbəti şido rəqib idmançıya verilib. Daha sonra Zakir Mislimov rəqibini ippona salıb. Beləliklə, o, bürünc medal uğrunda görüşə haqq qazanıb.

16:18

İlk görüşündə rəqibini 10 saniyə ərzində ipponla məğlub edən paralimpiyaçı cüdoçu Səbinə Abdullayeva 1/2 finalda Ukrayna idmançısı Nataliya Nikolayçiklə qarşılaşıb. İlk dəqiqədə rəqib şido alıb. İdmançımız 2-ci dəqiqədən vaz-ari ilə önə keçib. Son saniyələrdə də cüdoçumuz yuka ilə aktivindəki xalları daha da artırıb və finala yüksəlib.

Finalda Səbinənin rəqibi başqa bir ukraynalı paracüdoçu İnna Çernyak olacaq. Görüş bu gün saat 19:10-da baş tutacaq.

16:11

Paralimpiyaçı cüdoçuların görüşündə +90 kq çəkidə Azərbaycan təmsilçisi Zakir Mislimov Ukrayna idmançısı Oleksandr Pominov ilə qarşılaşıb. Rəqib idmançının aktivinə 2 dəfə şido əlavə olunub. Ancaq Pominov iki dəfə vaz-ari ilə xeyli önə keçib. Beləliklə, idmançımız məğlub olub. Buna baxmayaraq, Mislimov təsəlliverici görüşə qatılacaq. "Neftçi İdman Klubu"nun üzvü "bürünc"ə gedən yolda Julyen Taurineslə (Fransa) qarşılaşacaq.

13:53

Millimizin üzvü Səbinə Abdullayeva (57 kq) 1/4 finalda Maria Merensiano (İspaniya) ilə qüvvəsini sınayıb. İdmançımız ipponla qalib gələrək, yarımfinala yüksəlib.

13:53

1/8 finalda -63 kq çəki dərəcəsində qadın cüdoçumuz Xanım Hüseynova Fransa idmançısı Agbegnenau Klarislə qarşılaşıb. Təmsilçimiz elə ilk dəqiqədən rəqibin ipponuna düşüb.

12:34

Millimizin üzvü Nərgiz İbrahimova 1/16 finalda özündən 10 yaş kiçik olan xorvatiyalı Barbara Matiçlə qarşılaşıb. Təəssüf ki, o, startdaca Oyunlara vida edib. İbrahimova 61-ci saniyədə ipponla uduzub.

-70 kq-da çıxış edən digər xanım cüdoçumuz Validə Mirzəzadə də görüşü məğlub tərk edib. O, 1/16 finalda Belarus idmançısı Taymens Roksannanın ipponunun qurbanı olub.

11:55

63 kq çəki dərəcəsində xanımların cüdo yarışında təmsilçimiz Xanım Hüseynova qalin gəlib. O, 1/16 finalda makedoniyalı cüdoçu Katarine Nikolskaya ilə üzləşib. İdmançımız görüşü hesabında 2 yuka xalı və 1 şido ilə başa vurub. Rəqibin aktivində sadəcə yuka xalı olub.

63 kq çəki dərəcəsində çıxış edən digər təmsilçimiz Nuriyyə Axundova 1/16 finalda Polşa idmançısı Aqata Ozdoba ilə qarşılaşıb. Təmsilçimiz rəqibin ippon fəndinin qurbanı olub. Görüş tam qələbə ilə polşa idmançısının xeyrinə bitib.

1/8 finalda ilk görüşündə cüdoçumuz Rüstəm Orucov (-73 kq) xorvatiyalı Jezek Yaromirə ipponla məğlub olub.

11:38

Bakı 2015 I Avropa Oyunlarında cüdo yarışları davam edir.

Publika.az xəbər verir ki, bu gün paracüdoçular da mübarizəyə qoşulacaqlar. 2 çəki dərəcəsi üzrə təşkil olunacaq yarışda Azərbaycan 3 idmançı ilə təmsil olunacaq. Həmyerlilərimizdən İlham Zəkiyev, Zakir Mislimov və Səbinə Abdullayeva yığmamızın medal sayını artırmağa çalışacaq. Ümumilikdə isə bü gün daha 6 çəki dərəcəsində medalçılar məlum olacaq.

Azərbaycan yığmasının 5 cüdoçusu mübarizə aparacaq. 2 çəkidə təmsil olunmayacağımız halda, 2 çəkidə 2 idmançımız tatamiyə çıxacaq.

Cüdo

Kişilər

73 kq

Azərbaycanı bu çəkidə təmsil edəcək Rüstəm Orucov 1/32 final mərhələsindən azaddır. O, 1/16 finalda Kristofer Voelk (Almaniya) – Yaromir Yezek (Çexiya) cütünün qalibini gözləyir. Yay Olimpiya Oyunlarının iştirakçısı tatamiyə saat 11:54-də çıxacaq.

Qadınlar

63 kq

Bu çəkidə iki idmançımız çıxış edəcək və hər ikisi 1/16 finaldan mübarizəyə başlayacaq. Xanım Hüseynova saat 11:36-da Makedoniya cüdoçusu Nikolosko Katerina ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu cütün qalibi 1/8 finalda fransalı dünya çempionu Klariss Aqbenenu ilə üz-üzə gələcək.

Xanımdan 6 dəqiqə sonra Nuriyyə Axundova tatamiyə çıxacaq. Onun rəqibi kifayət qədər böyük təcrübəyə malik polşalı Aqata Ozdoba olacaq. Həmyerlimiz bu mərhələni adlamağa müvəffəq olsa, 1/8 finalda daha güclü - dünya çempionu Yarden Gerbi (İsrail) sınağa çəkəcək.

70 kq

Azərbaycan yığması bu çəkidə də iki cüdoçu ilə təmsil olunacaq. Öncə saat 12:06-da Nərgiz İbrahimova tatamiyə çıxacaq. O, 1/16 finalda özündən 10 yaş kiçik olan xorvatiyalı Barbara Matiçi sınağa çəkəcək.

Saat 12:18-də isə tamaşaçılar Validə Mirzəzadənin görüşünə tamaşa edəcəklər. Gənc idmançımız 1/16 final mərhələsində özündən 7 yaş böyük olan Roksana Teymansla (Belçika) qarşılaşacaq. Mirzəzadə belçikalıya qalib gələ bilsə, növbəti mərhələdə dünya və Avropa çempionu Kim Pollinq önünə çıxacaq.

Paracüdo

Kişilər

+90 kq

Yığmamızın lideri İlham Zəkiyev Avropa Oyunlarına yarımfinaldan start verəcək. Paralimpiya Oyunlarının qalibi, Bakı 2015-in məşəlçisi finala gedən yolda Dursun Hayran (Türkiyə) – Klimis Papaçristos cütünün güclüsü ilə güləşəcək.

Bu çəki dərəcəsində tatamiyə çıxacaq digər paracüdoçumuz Zakir Mislimov ilk cəhdində ukraynalı Aleksandr Pominovla üz-üzə gələcək. 1/4 finala təsadüf edəcək qarşılaşmanın start fiti saat 15:12-də veriləcək.

Qadınlar

57 kq

Millimizin aparıcı üzvlərindən Səbinə Abdullayeva 1/4 finalda Maria Merensiano (İspaniya) ilə qüvvəsini sınayacaq. Görüş saat 15:00-da başlayacaq.

Foto: Elçin Murad

Xəbər lenti

DAHA ÇOX XƏBƏR