• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Boks: Daha bir qızıl – YENİLƏNİR

Boks: Daha bir qızıl – YENİLƏNİR

64 kq çəki dərəcəsində Lorenzo Sotomayor finalda italiyalı Vinçenzo Manqiakapre ilə görüşdə qalib gəldi. Bununla bokçsumuz komanda aktivinə 2-ci qızılı yazdırdı.

18:57

52 kq çəki dərəcəsində Elvin Məmişzadə finalda italiyalı Vinçenzo Pikkardini 3-0 hesabı ilə məğlub edərək qızıl medala sahib olub.

Azərbaycan Prezidenti İlham Əliyev də Elvin Məmişzadənin döyüşünü canlı izləyib.

18:37

Bu gün qadınların mübarizəsində 51-54 kiloqram çəki dərəcəsində fəxri kürsüyə yüksələnlərin adına aydınlıq gəlib. Final qarşılaşmasında Rusiya idmançısı Yelena Saveleva italiyalı Marzia Davideni 3:0 hesabı ilə məğlub edərək qızıl medal qazanıb. Bu çəki dərəcəsində bürünc medallar Azərbaycan boksçusu Anna Əlimərdanova və almaniyalı Azize Nimaniyə nəsib olub.

14:56

91 kq çəki dərəcəsində Abdulqadir Abdullayev yarımfinalda rus Sadam Maqomedovlə döyüşüb. O, rəqibinə 3:0 qalib gəlib və finala yüksəlib. Onun finaldakı rəqibi erməni əsilli ukraynalı Gevork Manukiyan olacaq. Görüş sabah 19:45-də baş tutacaq.

14:21

Xaybula Musalov (75 kq) yarımfinalda Macarıstan təmsilçisi Zoltan Harksa ilə münasibətlərinə aydınlıq gətirib. Boksçumuzun üstünlüyü şəraitində keçən qarşılama növbəti qələbəmizlə başa çatıb. Rəqibini 2:1 (29:28; 29:28; 27:30) hesabı ilə məğlub edən Musalov da finala yüksəlib.

O, həlledici görüşdə Mixael O Reylli (İrlandiya) ilə gücünü yoxlayacaq.

14:04

Daha bir qızıl medal ümidimiz Pərviz Bağırov da finala yüksəlib. O, yarımfinalda böyük britaniyalı Joş Kelli ilə qarşılaşıb. Avropa çempionumuz bu dueldən də qalib ayrılıb. Rəqibinə heç bir şans verməyərək, 3:0 (29:28; 30:27; 30:27) hesabı ilə qələbə qazanan Bağırov finala vəsiqəni təmin edib.

Həmyerlimiz çempionluq üçün rusiyalı Aleksandr Besputinlə üz-üzə gələcək. Bu döyüş sabah saat 19:15-də olacaq.

13:15

Təcrübəli boksçumuz Albert Səlimov (60 kq) yarımfinalda gənc rəqibi Sin Makkombu (İrlandiya) sınağa çəkib. İdmançımız finala gedən yolda qələbə seriyasını davam etdirib. O, layiqli döyüş sayəsində 3:0 (29:28, 30:27, 29:28) hesabı ilə qalib gəlib və finala yüksəlib.

Rio Olimpiadasına lisenziyanı təmin edən Səlimov həlledici görüşdə Sofian Oumina (Fransa) – Mateuş Polski (Polşa) cütünün qalibi ilə qüvvəsini sınayacaq.

13:00

60 kq çəkidə mübarizə aparan Yana Alekseyevna yarımfinalda London Olimpiadasının qalibi Keti Teylorla döyüşüb. Gərgin keçən döyüşdə irlandiyalı boksçu 2:1 hesabıyla qalib gəlib.

12:52

İlk Avropa Oyunlarında boks yarışları davam edir. Bu gün daha 10 çəki dərəcəsində döyüşlər olacaq.

Publika.az xəbər verir ki, kişi boksçular 7, qadın idmançılar 3 çəkidə mübarizəni davam etdirəcək. 10 çəki dərəcəsinin 5-də yarımfinal, 5-də final qarşılaşmaları keçiriləcək. Aktivində 1 qızıl və 3 bürünc medal olan yığmamızın bu gün daha 7 boksçusu rinqə çıxacaq. Onlardan 5-i yarımfinal, 2-si isə final görüşündə qüvvəsini sınayacaq.

Kişilər

52 kq

Boks yığmamıza ikinci qızıl medalı Elvin Məmişzadə qazandıra bilər. 23 yaşlı idmançımız həlledici döyüşdə özündən 8 yaş böyük olan italyan Vinçenzo Pikkardi ilə üz-üzə gələcək. Final qarşılaşması saat 18:45-ə təsadüf edəcək.

60 kq

Təcrübəli boksçumuz Albert Səlimov yarımfinalda gənc rəqibi Sin Makkombu (İrlandiya) sınağa çəkəcək. 1/4 finalda bolqarıstanlı Elian Dimitrovu mübarizədən kənarlaşdıran idmançımız finala gedən yolun son görüşünə saat 13:00-da çıxacaq.

64 kq

Finala qədər döyüşdüyü 4 rəqibini də böyük hesabla üstələyən Lorenzo Sotomayoru həlledici görüşdə güclü rəqib gözləyir. O, London-2012-nin bürünc medalçısı Vinçenzo Manqiakapre ilə qüvvəsini sınayacaq. Həlledici döyüş saat 19:15-də baş tutacaq.

69 kq

Daha bir qızıl medal ümidimiz Pərviz Bağırov da finala vəsiqə üçün döyüşəcək. Onun yarımfinaldakı rəqibi böyük britaniyalı Joş Kelli olacaq. Avropa çempionumuz rinqə saat 13:15-da çıxacaq.

75 kq

Millimizin aparıcı üzvlərindən Xaybula Musalov saat 14:15-də yarımfinal görüşünə çıxacaq. Boksçumuz Macarıstan təmsilçisi Zoltan Harksa ilə münasibətlərinə aydınlıq gətirəcək.

91 kq

Azərbaycanın daha bir təmsilçisi Abdulqadir Abdullayev də bu gün finala vəsiqə qazanmağa çalışacaq. O, çempionluq yoluna davam etmək üçün rusiyalı Sadam Maqomedovlə döyüşəcək. Qarşılaşma saat 14:30-da olacaq.

Qadınlar

60 kq

Bu çəkidə inamla irəliləyən Yana Alekseyevna yarımfinalda olduqca çətin rəqiblə qarşılaşacaq. Təmsilçimiz London Olimpiadasının qalibi Keti Teylorla döyüşəcək. İrlandiyalı boksçu ilə görüş 12:45-ə təsadüf edəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR