Daha 4 medalçımız MOK-da mükafatlandırıldı
Bizi izləyin

Bakı 2015

Daha 4 medalçımız MOK-da mükafatlandırıldı

Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Bakı 2015 I Avropa Oyunlarının mükafatçıları ilə ənənəvi görüş keçirilib.

Publika.az xəbər verir ki, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, millət vəkili Hadı Rəcəbli, olimpiya çempionu Fərid Mansurov və “Neftçi” İdman Klubunun rəhbəri Sadıq Sadıqovun qatıldığı görüşdə dünən medal qazanan idmançılar iştirak ediblər.

MOK rəsmiləri qızıl mükafat qazanan Teymur Məmmədov (boks, 81 kq), gümüş medalçılar Orxan Səfərov (cüdo, 60 kq) və Sevil Bünyatova (qılıncoynatma, sablya), həmçinin bürünc mükafatçılar Sevinc Bünyatova (qılıncoynatma, sablya) və Tayfur Əliyevi (boks, 56 kq) mükafatlandırıblar.

Tədbirin əvvəlində çıxış edən Çingiz Hüseynzadə idmançılarımızın dünənki çıxışından razılığını bildirib. O, qısa nitqində bunları deyib:

“Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranması günüdür. Bu münasibətlə xalqımızı təbrik edirəm. İdmançılarımız arasında hərbçilər də var və onlar uğurlu çıxışla bizi sevindiriblər”.

Daha sonra xüsusi şərəf lövhəsinə imza atan idmançılarımıza hədiyyələr təqdim olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm