Çempion: "Yenə əziyyət çəkib, qızıl qazanacağam"
Bizi izləyin

Bakı 2015

Çempion: "Yenə əziyyət çəkib, qızıl qazanacağam"

“Son döyüşüm ağır olmadı, çünki bundan əvvəl beş döyüş keçirdim və artıq formaya düşmüşdüm”.

Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın boks üzrə Avropa Oyunları çempionu Teymur Məmmədov deyib.

Onun sözlərinə görə yarışmalarda onun üçün ən çətin döyüş birinci döyüş olub. Qələbəsini kimə həsr etdiyi barədə suala cavabında T.Məmmədov deyib ki, bir həftədən sonra onun övladının dünyaya gəlməsi gözlənilir, qələbəni də məhz bu hadisəyə həsr edir.

Azərbaycan boksçusu 2016-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarında şanslarını dəyərləndirərkən deyib ki, həmin yarışmalarda da qızıla layiqdir:

"Mən çox əziyyət çəkirəm. İnşallah, yenə əziyyət çəkib, qızılı qazanacam".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm