Bakı 2015: Medal sayında birincilik məlumdur
Bizi izləyin

Bakı 2015

Bakı 2015: Medal sayında birincilik məlumdur

Bakı 2015 I Avropa Oyunlarında medal sayına görə 1-ci yerin sahibi müəyyənləşib.

Publika.az xəbər verir ki, Rusiya millisi yarışın sonuna 3 gün qalmış (bu günkü nəticələr nəzərə alınmayıb) medal sıralamasında qalib adını qazanıb.

Belə ki, Oyunların ilk 14 günündən sonra hesabında 123 mükafat olan şimal qonşularımızın medallarından 59-u qızıl, 32-si gümüş, 32-si bürüncdür. Düzdür, son 3 gündə 59 medal dəsti sahibini tapacaq. Lakin hesablamalar göstərir ki, heç bir ölkə bu müddətdə Rusiyaya çata bilməyəcək.

Liderin 3 ən yaxın izləyicisindən Azərbaycan 15, Böyük Britaniya 14, Almaniya 13 "qızıl"a sahib çıxıb. Bu ölkələr arasında almaniyalıların potensialı daha böyükdür. Onlar son 3 gündə daha 37 qızıl medal üçün mübarizə aparır. Bir sözlə, Almaniya 50-dən artıq çempionluq yaşaya bilməyəcək.

Rusiyanın gənclər naziri Vitali Mutko bu qələbəni böyük uğur hesab edir: “Biz Rusiya yığmasının növbəti uğurlu çıxışının şahidi olduq. Komandamız çox yaxşı çıxış edib, azarkeşlərini sevindirdi. Avropada lider olmağımız şübhəsizdir. Pekin Olimpiadasından sonra yavaş-yavaş aparıcı mövqelərə qayıdırıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm