Boksçumuz: “Finalda himnimizi səsləndirəcəm”
Bizi izləyin

Bakı 2015

Boksçumuz: “Finalda himnimizi səsləndirəcəm”

“Döyüş çətin keçdi, çünki mən rəqibi tanımırdım. Allaha şükür ki, çətin də olsa, qalib gəldim və inşallah, finalda himnimizi səsləndirəcəyəm”.

Publika.az xəbər verir ki, bunu jurnalistlərə britaniyalı rəqibinə qalib gələrək finala vəsiqə qazanan boksçumuz Pərviz Bağırov deyib.

P.Bağırov finalda qələbə qazanacağını bildirib:

“Finaldakı rəqibimi tanıyıram, Avropa çempionudur və təcrübəli idmançıdır. Ancaq ümid edirəm ki, mən ona qalib gələcəyəm”.

Boksçumuz rəqibindən daha sürətli olduğunu bildirib:

“Mən ondan sürətli və taktikalıyam. Zədə almışam, ancaq nə qədər ciddi olsa da, rinqə çıxıb vuruşmalıyıq. Düşünürəm ki, bir problem olmaz”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm