Çimərlik futbolu: Azərbaycan İspaniyaya qarşı - YENİLƏNİR
Bizi izləyin

Bakı 2015

Çimərlik futbolu: Azərbaycan İspaniyaya qarşı - YENİLƏNİR

Bakı 2015 I Avropa Oyunlarında çimərlik futbolu yarışlarında bu gün finalçıların adlarına aydınlıq gələcək.

Publika.az xəbər verir ki, əvvəlcə meydançaya 5-8-ci yerlər uğrunda mübarizə aparan komandalar çıxacaq. Qrupda hər 3 oyununda məğlub olan Azərbaycan yığması saat 17:30-da İspaniya ilə qarşılaşacaq. Millimiz qələbə qazanarsa, sabah 5-ci yer, uduzarsa 7-ci yer uğrunda görüşdə iştirak edəcək. Digər cütlükdə isə Ukrayna ilə Macarıstan üz-üzə gələcək.

Daha sonra yarımfinalçılar münasibətlərinə aydınlıq gətirəcəklər. İtaliya – İsveçrə və Portuqaliya – Rusiya qarşılaşmalarının qalibləri finala vəsiqə qazanacaq, məğlubları isə bürünc medal uğrunda mübarizə gözləyir.

Çimərlik futbolu

27 iyun

5-8-ci yerlər uğrunda

16:00 Ukrayna – Macarıstan

17:30 İspaniya – Azərbaycan

Yarımfinal

19:00 İtaliya – İsveçrə

20:30 Portuqaliya – Rusiya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm