Qadın voleybolu: Türk millisi çempion oldu YENİLƏNİB
Bizi izləyin

Bakı 2015

Qadın voleybolu: Türk millisi çempion oldu YENİLƏNİB

Türkiyənin qadın voleybolçuları birinci Avropa Oyunlarının çempionu olublar.

İyunun 27-də qadınlar arasında voleybol yarışlarında Polşa yığmasını 3:0 (25:11, 25:19 və 25:13) hesabı ilə məğlub edən Türkiyə idmançıları birinci Avropa Oyunlarının qızıl medallarını qazanıblar.

Bürünc medallara Serbiya yığması layiq görülüb.

Azərbaycanın qadın voleybolçuları yarışı dördüncü pillədə başa vurublar.

18:12

Bakı 2015 I Avropa Oyunlarında voleybol yarışları davam edir.

Publika.az хəbər verir ki, bu gün qadın voleybolçular medalçıları müəyyənləşir.

Əvvəlcə bürünc medal uğrunda oyun baş tutub. Yarımfinalda Türkiyəyə uduzan millimiz Serbiyanı sınağa çəkib. Millimiz yaxşı oyun göstərsə də, daha təcrübəli serblərə 3:2 hesabı ilə məğlib olub.

Finalda isə Türkiyə və Polşa milliləri qarşılaşacaq. Bu matçın start fiti saat 18:30-da veriləcək.

Qadınlar

27 iyun

3-cü yer uğrunda oyun

Azərbaycan - Serbiya 2:1 (25:21, 19:25, 25:17, 14:25, 9:15)

Final

18.30 Türkiyə - Polşa

Oxumağa davam et
Reklam
Reklam

Gündəm