• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Bağlanış mərasimində super final olacaq

Bağlanış mərasimində super final olacaq

Bakı 2015 Avropa Oyunlarının diqqəti bazar günü keçiriləcək Bağlanış Mərasiminin möhtəşəm finalı üçün Olimpiya Stadionuna yönələcək. Vida şousu Avropa üzrə 50 ölkənin idmançılarını birləşdirəcək.

Publika.az xəbər verir ki, təntənəli Avropa Oyunlarında sonuncu dəfə Bakının gecə səması 10000 fişəng atəşfəşanlığı sayəsində işıq saçarkən idmançılar yenidən mərkəzə toplaşacaq və ailələri, məşqçiləri, əlavə Alovqoruyan könüllülər, eləcə də sponsorlar və ictimaiyyət ilə bayram şənliyinə qoşulacaqlar.

Ceyms Hadleyin rəhbərliyi altında Bakı 2015 Bağlanış Mərasimi iştirak edənlər və bütün dünyada milyonlarla izləyici üçün tamaşaçı şousu olacaq və yüz minlərlə tamaşaçının şahidi olduğu 17 günlük həyəcanlı yarışlara son qoyacaq. Bu, birinci Avropa Oyunları ərzində Bakıya gələn minlərlə qonağa böyük səmimiyyət göstərən və ənənəvi isti Azərbaycan qarşılanmasını təklif edən 12500 Alovqoruyanların gücünü tanıdacaq.

Azərbaycan Respublikasının Gənclər və İdman naziri və Bakı 2015-in Baş İcraçı irektoru cənab Azad Rəhimov bildirib:

“Birinci Avropa Oyunları idman tarixinə yazılacaq. Bakıda əldə olunan nailiyyətə və quraşdırma, təşkilat, qonaqpərvərlik və fəaliyyət baxımından əldə etdiyimiz müsbət rəylərə görə fəxr edirəm. Bu, Azərbaycan üçün bir uğur oldu və ev sahibliyi edəcəyimiz gələcək idman yarışları üçün istinad mənbəyi olacaq. Bağlanış Mərasimi Oyunlarla bağlı bayram əhval-ruhiyyəsində qeyd ediləcək və alovun bu gözəlliyi bölüşə bilən bütün ürəklərdən heç vaxt silinməyəcəyini təmin edəcək.”

San-Fransiskoya əsaslan cənab Hadley əlavə etdi: “Bakı 2015-in Bağlanış Mərasimini hazırlamaq üçün təyinatımdan şərəf hissi duyuram. Bu, əvvəl heç vaxt edilməyən çox gözəl bir təcrübədir. Mənim birgə işlədiyim komanda mükəmməldir və birgə çalışdığımız istedadlarla xoşbəxt olmaya bilmərəm. Biz yeni ilə köhnəni qarışdırmağa və hər ikisi arasında yaxşı sintez tapmağa çalışırıq”.

Ceyms Hadleyin peşəkar teatr, sirk sənəti və geniş miqyaslı tədbirlərin idarə edilməsində 25 ildən çox təcrübəsi var. "Günəş Sirki"nin baş bədii rəhbəri kimi çalışan Hadley Şimali Amerikanın bir çox yüksək yayım şirkətlərinə nəzarət edib. O, dünya şöhrətli şouların bədii keyfiyyət və təkmilləşməsinə cavabdeh idi.

Bağlanış Mərasimi 68000 tamaşaçı qarşısında və bütün dünyada 800 milyondan artıq insanın izləməsi üçün televiziyada yayımlanaraq yeni tikilmiş Olimpiya Stadionunda baş tutacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR