MOK-da növbəti mükafatlandırma mərasimi - FOTOLAR
Bizi izləyin

Bakı 2015

MOK-da növbəti mükafatlandırma mərasimi - FOTOLAR

Milli Olimpiya Komitəsinin inzibati binasında Bakı 2015 I Avropa Oyunlarının mükafatçıları ilə ənənəvi görüş baş tutub. Görüşdə ötən gün medal qazanan idmançılar iştirak ediblər.

Publika.az xəbər verir ki, qızıl medal qazanan Elvin Məmişzadə (boks, 52 kq), Lorenzo Sotomayor (boks, 64 kq) və İlham Zəkiyev (paracüdo, +90 kq), gümüş medalçı Səbinə Abdullayeva (paracüdo, 57 kq), həmçinin bürünc medal qazanan Zakir Mislimov (paracüdo, +90 kq) mükafatlandırılıb.

Tədbirin əvvəlində çıxış edən Çingiz Hüseynzadə paralimpiyaçı cüdoçu İlham Zəkiyev haqqında fikirlərini səsləndirib:

“İlham Zəkiyev dünənki çıxışı ilə hər kəsə həyəcanlı anlar yaşatdı. Cənab prezident İlham Əliyev də onun sevincinə şərik oldu. Zəkiyev gözünün nurunu bu vətən üçün fəda verdiyi üçün onunla fəxr edirik. Həmçinin bu gün də idmançılarımızdan medallar gözləyirik".

Daha sonra xüsusi şərəf lövhəsinə imza atan idmançılarımıza hədiyyələr təqdim olunub.

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm