Boks: 21-ci qızıl medal boksdan gəldi - YENİLƏNİR
Bizi izləyin

Bakı 2015

Boks: 21-ci qızıl medal boksdan gəldi - YENİLƏNİR

İlk Avropa Oyunlarında boks yarışlarının son günündə final mərhələsində 91 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Abdulqadir Abdullayev texniki qələbə qazanaraq qızıl medala sahib çıxıb.

Publika.az xəbər verir ki, Ukrayna boksçusu Georg Manukyan zədə aldığı üçün rinqə çıxmayıb.

Beləliklə, Azərbaycan idmançıları ilk Avropa Oyunlarında 21-ci qızıl medalı qazandılar.

19:49

Boks yarışlarında kişilər arasında orta çəki (75kq) üzrə final görüşü keçirilib.

Həmyerlimiz Xaybula Musalov İrlandiya təmsilçisi Maykl Oreilli ilə qarşılaşıb. Rinqdə böyük üstünlüyə sahib olan irlandiyalı idmançı 2:1 hesabı ilə qalib gələrək I Avropa Oyunlarının qalibi olub.

19:31

Azərbaycan Prezidenti İlham Əliyev Bakı-2015 Avropa Oyunlarında kişilər arasında 60 kq çəki dərəcəsində boks yarışlarında qalib gələn idmançıların mükafatlandırma mərasimində iştirak edib.

Bu çəki dərəcəsində qızıl medalı Azərbaycan idmançısı Albert Səlimov qazanıb. O, həlledici döyüşdə rəqibi fransız Oumiha Sofiana qalib gələrək qızıl medala sahib olub.

Qeyd edək ki, Azərbaycan idmançıları ümumilikdə Avropa Oyunlarında 20 qızıl medal qazanıb.

19:21

Növbəti qızıl medalı boksçumuz Pərviz Bağırov qazanıb. P.Bağırov final döyüşündə Rusiya idmançısı Aleksandr Besputin ilə qarşılaşıb. Boksçumuz rus idmançısını üstələyərək ölkəmizə 20-ci qızıl medalı qazandırıb.

19:12

Albert Səlimov finalda fransalı Sofian Oumina ilə döyüşüb. O, rəqibinə qalib gəlib və qızıl medalı qazanıb.

17:48

Bu gün Bakı 2015 I Avropa Oyunlarında boks yarışlarına yekun vurulacaq.

Publika.az xəbər verir ki, son yarış günündə daha 5 çəki dərəcəsində final qarşılaşması keçiriləcək.

Bu çəkilərin 4-də Azərbaycan boksçusu həlledici görüşünə çıxacaq. Onlar yığmamızın aktivində olan medalların əyarını yaxşılaşdırmağa çalışacaqlar.

Boks

27 iyun

Kişilər

60 kq

Finala qədər bütün rəqiblərini 3:0 hesabı ilə üstələyən Albert Səlimov həlledici görüşdə təcrübə baxımından ondan geri qalan Sofian Oumina ilə döyüşəcək. Rio Olimpiadasına lisenziyanı təmin edən Səlimov özündən 9 yaş kiçik olan fransalı ilə görüşə saat 18:15-də çıxacaq.

69 kq

Gənclər arasında qitə çempionu olan Pərviz Bağırov Avropa Oyunlarının qızıl medalına yiyələnmək üçün finalda rusiyalı Aleksandr Besputinə qalib gəlməyə çalışacaq. Gənc boksçumuzun döyüş saat 18:45-ə təsadüf edəcək.

75 kq

Bu çəkidə ölkəmizi təmsil edən Xaybula Musalovu finalda çətin sınaq gözləyir. İdmançımız gənclər arasında bir neçə mükafata nail olmuş 22 yaşlı Maykl O Reylli ilə üz-üzə gələcək. Xaybula irlandiyalıya qarşı 19:15-də rinqə çıxacaq.

91 kq

İnamlı qələbələrlə finala qədər irəliləyən Abdulqadir Abdullayev üçün həlledici görüş prinsipial olacaq. O, Ukraynanı təmsil edən erməni əsilli Qevorq Manukyanla döyüşəcək. Abdullayevin görüşü 19:45-də baş tutacaq.

Qeyd edək ki, boks yığmamızın aktivində 3 qızıl, 3 bürünc medal var. Komandamızın üzvlərindən Elvin Məmişzadə (52 kq), Lorenzo Sotomayor (64 kq) və Teymur Məmmədov (81) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, Tayfur Əliyev (56 kq), Məhəmmədrəsul Məcidov (+91 kq) və Anna Əlimərdanova (54 kq) 3-cü yeri tutub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm