Azərbaycan öz yerini möhkəmlədib: 56 medal
Bizi izləyin

Bakı 2015

Azərbaycan öz yerini möhkəmlədib: 56 medal

Bakıda keçirilən birinci Avropa Oyunlarında Azərbaycan milli komandası tarixi uğura imza atır.

Oyunlar başlayan gündən Azərbaycan yığması reytinq cədvəlində ilk sıralarada yer alıb. Bu günə olan cədvələ əsasən milli komandamız 56 medalla Rusiyadan sonra ikincidir. Bu medalların yarısı güləşçilərimizin payına düşür. Boksçularımız isə ümumilikdə 6 qızıl medal qazanıb. Ümumilikdə isə boks yığmamız 11 medal qazanıb: 6 qızıl, 1 gümüş, 4 bürünc. Azərbaycan millisi bu göstəriciyə görə rəqiblərini geridə qoyub.

Azərbaycan millisinin qazandığı 56 medaldan 21-i qızıl, 15-i gümüş, 20-i bürüncdür. Siyahıda birinci yerə isə 165 medalla Rusiya başçılıq edir. Şimal qonşumuzun aktivində 78 qızıl, 40 gümüş, 43 bürünc medal var. Siyahıda üçüncü yerdə isə 47 medalla (18 qızıl, 10 gümüş, 19 bürünc) Böyük Britaniya qərarlaşıb.

Bakı 2015-in bu günə olan reytinq cədvəli ilə tanış ola bilərsiniz.


ÜMUMİ



KİŞİLƏR ARASINDA



QADINLAR ARASINDA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm