Hikki: “Hər şey uğurla başa çatdı”
Bizi izləyin

Bakı 2015

Hikki: “Hər şey uğurla başa çatdı”

"Birinci Avropa Oyunlarının bütün aspektləri möhtəşəm idi, hər şey uğurla başa çatdı".

Publika.az xəbər verir ki, bu barədə Avropa Olimpiya Komitəsinin Prezidenti Patrik Hikki bu gün Avropa Oyunlarına həsr edilmiş yekun mətbuat konfransında deyib.

P.Hikki vurğulayıb ki, istər Oyunların keçirilməsi, istərsə də Atletlər kəndi ilə bağlı heç bir şikayət daxil olmayıb.

P.Hikki həmçinin medianın fəaliyyətini də yüksək dəyərləndirib. O bildirib ki, Oyunlarda 900 xarici jurnalistin akkreditasiyadan keçirilməsi də Oyunların əhəmiyyətini göstərdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm