• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

MOK-da “Zəfər günləri” adlı son tədbir

MOK-da “Zəfər günləri” adlı son tədbir

Bu gün Milli Olimpiya Komitəsində (MOK) “Zəfər Günləri” adlı sonuncu görüş keçirilib.

Publika.az xəbər verir ki, Bakı 2015 I Avropa Oyunlarının qalibləri ilə görüşdə medal qazanan idmançılarla yanaşı, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Əbiyev və digər qonaqlar iştirak edib.

Tədbir zamanı Ç.Hüseynzadə I Avropa Oyunlarının yüksək səviyyədə keçməsi münasibətilə təbriklərini çatdırıb. Vitse-prezident 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında idmançılardan uğurlu çıxış gözlədiklərini deyib.

MOK rəsmiləri Avropa Oyunlarının 16-cı günündə qızıl medal qazanan Albert Səlimov (boks, 60 kq), Pərviz Bağırov (boks, 69 kq) və Abdulqadir Abdullayev (boks, 91 kq), həmçinin gümüş mükafat əldə edən Xaybula Musalovu (boks, 75 kq) mükafatlandırıblar.

Daha sonra xüsusi şərəf lövhəsinə imza atan idmançılarımıza hədiyyələr təqdim olunub.

Sonda xalq artisti Tünzalə Ağayeva Bakı 2015-ə həsr olunan "Bakının üzü gülür" adlı musiqini ifa edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR