• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Saymon Kleq: “İlham Əliyevin qoyduğu məqsədə nail olduq”

Saymon Kleq: “İlham Əliyevin qoyduğu məqsədə nail olduq”

Bu gün “Hilton” hotelində keçirilən I Avropa Oyunlarıyla bağlı yekun konfransda Bakı 2015-in Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq də iştirak edib.

Publika.az xəbər verir ki, S.Kleq qarşıya qoyulan məqsədə çatdıqlarını bildirib:

"Öncə hər şeyə görə minnətdarlığımı bildirirəm, layiq görüldüyüm ordenə görə təşəkkür edirəm. 30 aydan az müddətdə müxtəlif insanları bir yerə topladıq. Bəzilərinin hec təcrübəsi də yox idi. Hər kəsə - sponsorlara və Avropa Oyunlarını yayımlayan hər kəsə təşəkkürümü bildirirəm. Sizin dəstəyiniz sayəsində biz bu işin öhdəsindən gəldik. Birinci Avropa Oyunları yekunlaşmaqdadır. Düşünürəm ki, biz cənab prezident İlham Əliyevin qoyduğu məqsədə nail olduq".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR