Nazir tənqidçiləri susdurdu: “Bunu deyənlərin başları çatmır”
Bizi izləyin

Bakı 2015

Nazir tənqidçiləri susdurdu: “Bunu deyənlərin başları çatmır”

Bu gün Bakı 2015-lə bağlı keçirilən yekun konfransda Gənclər və İdman naziri Azad Rəhimov fikirlərini bölüşüb.

Publika.az xəbər verir ki, turnirin səvviyəsinə kölgə salmaq istəyənlərə sərt cavab verib:

“16 idman növündən 12-si lisenziya xarakteri daşıyırdı. Heç kim bu fürsətdən imtina etmədi. Hər idman növündə dünya və Avropa çempionları iştirak edib.

Mingəçevirdəki yarışda 21 nəfər dünya və Avropa çempionu olub. Kim deyir ki, zəif idmançılar iştirak edib? Hər halda, bunu deyənlər heç bir yarışı izləməyib. Bilirik ki, bəzi qüvvələr bizi boykot etmək, saytlarımıza dəfələrlə hücum etmək istəyirdi. Üzr ustəyirəm ifadəmə görə, hər halda, bunu deyənlərin başları çatmır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm