MOK-un baş katibi: “Heç kim inanmırdı...”
Bizi izləyin

Bakı 2015

MOK-un baş katibi: “Heç kim inanmırdı...”

Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, MOK-un baş katibi, millət vəkili Ağacan Əbiyev Avropa Oyunlarının təşkilatçılıq səviyyəsindən, qazanılan uğurlardan söhbət açıb.

Publika.az-a danışan A.Əbiyev Açılış və Bağlanış mərasimlərinin mükəmməl olduğunu, qonaqların ölkəmizdən razı getdiklərini bildirdi:

“Bakı 2015 İlk Avropa Oyunları gözəl səviyyədə təşkil olunmuşdu. Hər şey yüksək səviyyədəydi. Oyunların Açılış və Bağlanış mərasimi çox möhtəşəm olduğu kimi, yarışlar da yüksək səviyyədə həyata keçirildi. Bunu ölkəmizdə olan xarici idmançılar da etiraf edirdilər. İlk Avropa Oyunlarının açılışı hər kəsi heyran etdi. Bağlanış mərasimi də yüksək səviyyədə baş tutdu. Ümumiyyətlə, heç kim bizim oyunları belə yüksək səviyyədə təşkil edə biləcəyimizə inanmırdı. Lakin təşkilatçılıq gözlənildiyindən də mükəmməl şəkildə həyata keçirildi. Bütün bunlar Azərbaycanın birinci xanımı, İlk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi altında baş tutdu.

İdmançılarımızın verdiyi nəticələr I Avropa Oyunlarının Bakıda keçirilməsinin təsadüfi olmadığını bir daha hər kəsə sübut etdi. Milli Olimpiya Komitəsinin prezidenti, dövlət başçısı İlham Əliyev gənclərin, idmanın, olimpiya hərəkatının inkişafına böyük qayğı göstərir. Məhz bu qayğının nəticəsidir ki, idmançılarımız uğurlu çıxışları ilə bizi sevindirirlər. Boksda, güləşdə, taekvondoda və digər idman növlərində qazanılan medallar Azərbaycanın idman sahəsindəki inkişafını göstərdi. Artıq istənilən idman yarışı ölkəmizdə keçirilə bilər. Biz Oyunlara iki il müddətində hazırlaşdıq”.

Daha sonra Boks Federasiyasının vitse-prezidenti boksçuların da uğurundan danışdı:

“Oyunlar başlamamışdan əvvəl mən bizdə 5-6 medal olacağını demişdim. Amma yarışlarda əldə etdiyimiz medal sayına baxanda nəticələr bizi daha çox sevindirir – 6 qızıl, 1 gümüş, 4 bürünc”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm