Azərbaycan əsilli ukraynalı idmançı ilə görüş keçirilib
Bizi izləyin

Bakı 2015

Azərbaycan əsilli ukraynalı idmançı ilə görüş keçirilib

I Avropa Oyunlarından qızıl medalla qayıdan Ukrayna yığmasının azərbaycanlı üzvü, diaspor fəalı Fyodor Xaşalov ilə Kiyevdə görüş keçirilib.

Ukrayna Millətlər Assambleyasından verilən məlumata görə, bodibildinq üzrə ikiqat Avropa, bir dəfə dünya çempionu F.Xaşalov I Avropa Oyunları çərçivəsində 16 ölkə arasında bodibildinqin müxtəlif kateqoriyası üzrə keçirilən yarışda bir gümüş və bir qızıl medala layiq görülüb.

Kiyevdə idmançı ilə keçirilən görüşdə məşhur müğənni və siyasətçi Ruslana, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev və digər siyasi və ictimai fəallar iştirak ediblər.

Görüşdə ukraynalı idmançılar Bakı 2015 I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsindən, idmançılar üçün Azərbaycanda yaradılan şəraitdən danışıblar.

Qeyd edək ki, əslən Zaqatala rayonundan olan, hazırda Ukraynanın İvano-Frankovsk şəhərində yaşayan F. Xaşalov eyni zamanda Azərbaycan diasporunun fəal nümayəndələrindəndir.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm