Bakı 2015
Bakı 2015-də fərqlənən tibb işçiləri mükafatlandırıldı
Səhiyyə Nazirliyində Bakı-2015 I Avropa Oyunlarında tibbi xidmətin təmin edilməsində öz vəzifəsini yüksək səviyyədə icra edən tibb işçiləri mükafatlandırılıb.
Publika.az xəbər verir ki, mükafatlandırılmış şəxslərin təltif olunması mərasimi keçirilib.
Səhiyyə naziri cənab Oqtay Şirəliyev ilk olaraq tədbir iştirakçılarını belə bir mötəbər yarışın böyük uğur və müvəffəqiyyətlə başa çatması münasibəti ilə təbrik edib. Nazir vurğulayıb ki, oyunların keçirildiyi 17 gün və ondan əvvəl hazırlıq işlərində ölkənin bütün qurumları, eləcə də, hər kəsin sağlamlığına cavabdehlik daşıyan səhiyyə xidmətləri çox yüksək səviyyədə təşkil olunub. I Avropa Oyunlarında iştirak üçün 600 dan artıq tibb işçisi cəlb edilib. Tibb işçiləri bütün gözləntilərin öhdəsindən böyük məharətlə gəldi.
Daha sonra cənab nazirin Bakı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının kollektivinə, Kliniki Tibbi Mərkəzin kollektivinə, Bakı Sağlamlıq Mərkəzinin kollektivinə, İİV/QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Layihə Əlaqələndirmə bürosunun kollektivinə, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin kollektivinə, I Avropa Oyunlarının tibbi təminatında öz vəzifə borclarını layiqincə və yüksək səviyyədə yerinə yetirdiklərinə görə təşəkkür əmri səsləndirilib. Sonda Oqtay Şirəliyev fərqlənmiş tibb işçilərinə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Səhiyyə əlaçısı” döş nişanı, “Fəxri Fərman” və yadigar hədiyyələrlə təqdim edib.
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin