Bakı 2015
Azad Rəhimov: “Azərbaycan idmançıları ümidləri doğrultdular”
İlk Avropa Oyunları tarixin yaddaşına köçsə də, yarış haqda təəssüratlar hələ də bitmək bilmir. Bakı 2015 bütün dünyaya səs saldı. Xüsusilə də açılış və bağlanış mərasimlərinə bütün dünya mətbuatı geniş yer ayırdı.
Publika.az xəbər verir ki, Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov idmançılarımızın yarışda qazandığı uğurlarla bağlı danışıb. “Azərbaycan” qəzetinə geniş müsahibə verən Gənclər və İdman naziri idmançılarımızın ümidləri doğrultduğunu bildirib:
“Bu, gözlənilməz uğur idi. Hər kəs proqnoz verməyə çalışırdı. Ancaq nəticə çox müsbət oldu. Azərbaycan idmançıları ümidləri həqiqətən doğrultdular. Çünki bu yarış Azərbaycanda keçirilirdi və atletlərimiz ürəklə çıxış etdilər. Yeni rekordlar müəyyənləşdi. Hər çəkidə yarışmaq üçün idmançımız var idi.
291 atletimiz möhtəşəm idman yarışında Azərbaycanı layiqincə təmsil etdi. Bütün bunlar dövlətimizin idmana göstərdiyi diqqət və qayğının nəticəsi əsasında baş tutur və inanırıq ki, növbəti yarışlarda Azərbaycan idmançıları daha çox medal qazanaraq yeni rekordlar müəyyənləşdirəcəklər”.
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi