Litva Prezidenti I Avropa Oyunlarında medallar qazanmış idmançıları təbrik edib
Bizi izləyin

Bakı 2015

Litva Prezidenti I Avropa Oyunlarında medallar qazanmış idmançıları təbrik edib

Litva Prezidenti Dalya Qribauskayte Bakıda keçirilmiş birinci Avropa Oyunlarında medallar qazanmış ölkə idmançılarına, habelə onların məşqçilərinə və həkimlərinə təşəkkürnamələr göndərib.

ELTA xəbər verir ki, ilk dəfə təşkil olunmuş Avropa Oyunlarında Litvanın 7 atleti mükafata layiq yer qazanıb.

Avropa Oyunlarında iki qızıl, bir gümüş və dörd bürünc medal qazanmış Litva komandası ölkələrin ümumi hesabında 24-cü yeri tutub. Qızıl medalları ölkəyə kanoeçi Henrikas Justaskas və üzgüçü Andrüs Şidlauskas gətiriblər. A.Şidlauskas həmçinin gümüş medal qazanıb. Bürünc mükafatları badmintonçu Kyastutis Navitskas, samboçular Radvilas Matukas və Ruta Aksyonova, çimərlik voleybolçuları Monika Povilaytite və Yeva Dumbauskayte qazanıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm