Bakı 2015
Erməniyə qalib gələn idmançımız: “Qazandığım medala görə çox xoşbəxtəm”
“Avropa Oyunlarında çox güclü yarışlar oldu” – bu sözləri Bakı 2015 İlk Avropa Oyunlarının yunan-Roma güləşi yarışlarında bürünc medal qazanmış Elman Muxtarov deyib.
Publika.az-a danışan idmançı yarışda erməniyə qalib gələrək bürünc medal qazanmasının onun üçün xüsusi hiss olduğunu deyib:
“Bu cür yarışın ölkəmizdə keçirilməsi məsuliyyəti daha da artırır. Hər şey mükəmməl şəkildə təşkil olunmuşdu. Qazandığım medala görə də çox xoşbəxtəm. Həlledici görüşdə rəqibim erməni güləşçisi idi. Buna görə də görüşə çox yaxşı köklənmişdim, məqsədim ona qalib gəlmək idi. Şükürlər olsun ki, bunu bacardım, istəyimə nail oldum. Qızıl medal qazana bilməsəm də, heç olmasa, bürünc qazandım. İlk dəfə idi, böyüklər arasında yarışda çıxış elədim və medal qazandım. Prezidentin “Tərəqqi” medalı ilə təltif etməsi də məni çox qürurlandırdı, qələbələrə daha da ruhlandırdı”.
Aygün İlqarqızı
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu