Bakı 2015
Sağlamlıq imkanları məhdud 18 gənc I Avropa Oyunlarında könüllü kimi iştirak edib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə təlimi kurslarını bitirmiş 18 nəfər sağlamlıq imkanları məhdud gənc “Bakı-2015” birinci Avropa Oyunlarında könüllü kimi iştirak ediblər.
Publika.az xəbər verir ki, həmin gənclər Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) tərəfindən könüllü kimi uğurlu fəaliyyətlərinə görə müvafiq sertifikatlara layiq görülüblər.
Onlar ölkəmizdə ən yüksək standartlar səviyyəsində keçirilən və dünya idman tarixində yeni səhifə açan bu möhtəşəm idman bayramında könüllü gənclər arasında olmalarından və tapşırılan vəzifələri göstərilən etimada layiq şəkildə yerinə yetirmələrindən sonsuz şərəf və qürur hissi keçirdiklərini vurğulayıblar. Bu böyük idman tədbirində könüllü kimi öz əməyini sərf etmək həmin sağlamlıq imkanları məhdud gənclərdə öz güclərinə, potensiallarına inam hissini xeyli artırmaqla və böyük təcrübə qazandırmaqla onlara gələcək həyatlarında daim özünü doğrultmaq, uğur qazanmaq üçün güclü bir stimul verib.
Mərkəzdə peşə təlimi keçən gənclərin “Bakı-2015” açılış və
bağlanış mərasimlərini canlı şəkildə izləmələri, mütəmadi olaraq
yarışlarda tamaşaçı kimi iştirak etmələri də təmin edilib.
Yarışlarda Azərbaycan yığmasının qazandığı mühüm tarixi
nailiyyətlər, xüsusən paracüdoçularımızın uğurları, o cümlədən
ikiqat paralimpiya və dünya, beşqat Avropa çempionu İlham Zəkiyevin
parlaq qələbəsi onlara sonsuz sevinc və fərəh hissi bəxş edib. Peşə
Reabilitasiya Mərkəzində müxtəlif peşə və sənət növləri üzrə təlim
kursları təşkil edilməklə bərabər, respublika və beynəlxalq
səviyyəli yarışlarda iştirak edəcək paralimpiyaçı gənclərin idmanın
müxtəlif növləri üzrə hazırlıq keçmələri də təmin olunur. Bu ilin
ötən dövründə 29 nəfər paralimpiyaçının burada məşq prosesini
keçmələrinə şərait yaradılıb.
2013-cü ilin dekabrında prezident İlham Əliyevin iştirakı ilə açılışı olan Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində təkcə cari ilin 6 ayında 258 nəfər sağlamlıq imkanları məhdud gənc peşə hazırlığı kursu keçib. Həmin gənclərdən 183 nəfəri bu ilin ötən dövründə kurslara cəlb edilib. Gənclər burada kompyuter istifadəçisi və kompyuter dizayneri, dərzi, bərbər, toxuculuq, ağac üzərində oyma, rəssamlıq, kulinariya, xalçaçılıq, rəssamlıq, toxuma və s. peşələr üzrə bilik və bacarıqlara yiyələniblər. Onlardan 144 nəfəri artıq kursları başa vurub və onlara peşə şəhadətnamələri, yalnız özünüməşğulluq imkanlarına yiyələnə bilən şəxslərə isə peşə kursunu bitirmələri barədə arayışlar verilib, digər gənclərin isə peşə təlimi kursu davam edir.
Gənclər burada peşə təlimində olduqları müddətdə dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunurlar. Onların sosial reabilitasiyası, müxtəlif mədəni- kütləvi tədbirlərdə iştirakı, onlar üçün ekskursiyaların təşkili və s. istiqamətlərdə də məqsədyönlü işlər aparılır.
Gülnar Əliyeva
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!